Yalan ifadə verən şəxs məhkəmə zalında HƏBS EDİLDİ
Şəkidə məhkəməyə şahid qismində cəlb edilmiş şəxs yalan ifadə verdiyi üçün həbs edilib.
KONKRET.az "qafqazinfo"ya istinadən xəbər verir ki, ötən il rayon ərazisində Timur Məmmədov adlı şəxs saxlanılıb və onun barəsində cinayət işi açılıb. Bu işlə əlaqədar T.Məmmədovun dostu, 1988-ci il təvəllüdlü Tural Məmmədov şahid qismində istintaqa cəlb edilib.
O, ifadəsində T.Məmmədovla əlaqələri və digər məqamlar barədə ifadələr verib. Daha sonra Timur Məmmədovun məhkəməsi keçirilərkən Turalın ifadələri təsdiqini tapmayıb. Bu səbəbdən onun barəsində Cinayət Məcəlləsinin 297.1-ci (Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə) maddəsi ilə iş açılıb.
İstintaq dövründə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Bir neçə gün əvvəl isə Şəki Şəhər Məhkəməsində Tural barəsində açılmış işə baxılıb. Məhkəmə Tural Məmmədova 4 ay müddətinə həbs cəzası təyin edib və o, məhkəmə zalındaca həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır