Yalnız bu şəxslər Aİ ölkələrinə gedə biləcək
Avropa İttifaqı ölkələri turistləri bir şərtlə qəbul edəcək: Avropa Dərman Agentliyi (EMA) tərəfindən təsdiqlənmiş peyvəndlərlə vaksinasiya olunmaqla.
Publika.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula von der Leyen "New York Times"a verdiyi müsahibəsində söyləyib.
"Bütün 27 Aİ ölkəsi Avropa Dərman Agentliyi tərəfindən təsdiqlənmiş dərmanlarla peyvəndlənənləri qeyd-şərtsiz qəbul edəcək", - Leyen bildirib.
Onun sözlərinə görə, səyahətlərin yenidən başlanmasının vaxtı epidemioloji vəziyyətdən asılıdır. Digər peyvəndlərlə vaksinasiya olunan turistlərin Aİ ölkələrinə buraxılıb-buraxılmayacağı qaranlıq olaraq qalır.
Bu günə qədər Avropa İttifaqı tərəfindən koronavirusa qarşı dörd peyvənd təsdiqlənib: "Pfizer/BioNTech", "Moderna", "AstraZeneca" və "Johnson & Johnson".
Aytən Məftun

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək