Yanaraq ölən qadının kimliyi bilindi - YENİLƏNİB
Salyan rayonunun Yenikənd kəndində yanğın olub.
KONKRET.azFHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
Ötən gecə Salyan rayonunda yanğında vəfat edən qadının kimliyi müəyyən edilib.
KONKRET.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, evin tamamilə yanması nəticəsində həyatını itirən şəxs Həsənli kənd sakini 1964-cü il təvəllüdlü Svetlana Zeynalova olub.
Bildirilib ki, S.Zeynalova valideynləri vəfat edəndən sonra taxta konstruksiyalı evdə tək yaşayırmış. Ötən gecə evdə elektrik qısaqapanması səbəbindən yanğın baş verib və yuxuda olan qadın yanan evdən çıxa bilməyərək vəfat edib.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi