Yanlış estetik prosedurlar hansı fəsadlar verə bilər? – Kosmetoloqla MÜSAHİBƏ

Yanlış estetik prosedurlar hansı fəsadlar verə bilər? – Kosmetoloqla MÜSAHİBƏ"Bahalı kosmetik vasitələr ən azından gigiyenik sertifikata sahibdir və dermatoloji testdən keçib, komedogen və allergik təsirləri ya yoxdur, ya da zəifdir. Naməlum istehsalçı və markanın vasitələri dərini qıcıqlandıra, daha ağır fəsadlar verə bilər".
KONKRET.az-a müsahibəsində kosmetoloq Zümrüd Rəhimova xanımlarımızı maraqlandıran çox vacib məsələlərə toxunub.
– Zümrüd xanım, öncə makiyajın dəriyə təsirindən danışaq. Hansı zərərləri var? Vasitələrin seçimində nələrə fikir verməliyik?
– Makiyaj etməyi hamımız sevirik. Cizgilərin vurğulanması baxımından dekorativ kosmetik vasitələr bizim üçün idealdır. Lakin dəri tiplərindən asılı olaraq, həmçinin dəri tipinə görə düzgün vasitə seçimi etmədikdə, makiyajı dəridə çox saxladıqda, üzdən düzgün təmizləmədikdə, dəri tipinə uyğun olmayan təmizləmə vasitəsi seçdikdə xoşagəlməz hallarla rastlaşırıq. Məsələn, qızartılar, allergiya – səpgi, qaşınma, məsamələrin tutulması, iltihablaşması, akne və komedonların yaranması, dəridə quruluq, erkən səthi qırışma (dəri elastikliyinin azalması ilə) makiyajdan düzgün istifadə etmədikdə yaranan problemlərdir. Ona görə də makiyaj qaydalarına riayət etmək vacibdir. Həmçinin, makiyajın edilmə tezliyi də dəriyə mənfi təsir göstərə bilir. Yaxşı olar ki, makiyaj sonrası dəriyə doğru qulluq edilsin, müxtəlif nəmləndirici serum və kremlərdən istifadə olunsun. Onu da qeyd edim ki, 30-35 yaşdan sonra dərini daha dərindən bərpa etmək, qidalandırmaq üçün inyeksion mezoterapiya, biorevitalizasiyadan da istifadə etmək olar.
– Xanımlarımızı daha çox düşündürən suallardan biri də bahalı makiyaj vasitə və ləvazimatları ilə bağlıdır. Onlar daha zərərsizdir deyə bilərikmi?
– Təbii ki, bahalı kosmetik vasitələrdən istifadə daha məsləhətlidir. Çünki ən azından gigiyenik sertifikata sahibdir və dermatoloji testdən keçib, komedogen və allergik təsirləri ya yoxdur, ya da zəifdir. Naməlum istehsalçı və markanın vasitələri dərini qıcıqlandıra, müəyyən fəsadlar verə bilər.
– Botoks, dolğu hansı aylarda məsləhətlidir? Bunlar estetik əməliyyat hesab edilə bilərmi və hansı fəsadlara səbəb olur?
– Botuloterapiya və fillerlərlə dolğu prosedurları estetik cərrahi əməliyyat sayılmır. Bunlar kiçik invaziv prosedurlardır. Botulinoterapiya estetik kosmetologiyada, əsasən, qırışlara səbəb olan əzələ qruplarına yeridilməklə onların yığılma gücünü azaldaraq mimik qırışların hamarlanmasına səbəb olur. Dolğular isə daha dərin və statik qırışların hamarlanmasında, eyni zamanda, konturlama və həcmvermədə geniş istifadə edilir. Qeyd edilən prosedurların icrasında hər hansı fəsil məhdudiyyəti yoxdur.
Prosedur doğru icra edilmədikdə, yəni preparat, nahiyə, texnika, həkim seçimi, orqanizmin fərdi xüsusiyyətlərinə görə seçilmədikdə müxtəlif ağırlaşmalar baş verə bilər. Məsələn, qızartı, düyün, çapıqlaşma, deformasiya, yəni asimmetriya, allergiya, infeksiya kimi hallar müşahidə edilə bilər.
– Sözügedən prosedurları etdirmək üçün həkim seçərkən nələrə diqqət yetirmək lazımdır?
– Həkim seçimində diqqət ediləsi əsas məqamlardan birincisi və ən əsası proseduru icra edən şəxsin ali tibb təhsilinin və bu sahə üzrə sertifikasiya, ixtisaslaşma, lisenziya sənədlərinin olmasıdır. Daha sonra digər pasiyentlərinin fikir və rəyləri nəzərə alınmalıdır. Bu proseduru icra edəcək şəxsin portfoliosu, yəni gördüyü işlər incələnməlidir. Eyni zamanda, pasiyentlə davranışı, kommunikasiya məsələsi, etik normaların gözlənməsi, pasiyent gözləntilərinin qarşılanması, prosedur öncəsi ətraflı konsultasiyanın verilməsi, həkimin işlətdiyi cihaz və preparatların standartlara uyğunluğu və gigiyenik sertifikatlarının olması diqqət yetiriləsi vacib məsələlərdir.
– Zümrüd xanım, Avropa ölkələrinin bir çoxunda xanımlar təbiiliyə üstünlük verdiyi halda, bizdə estetik əməliyyatlara, laminasiyalara, botoksa tələbat daha çoxdur. Sizcə, bu nədən irəli gəlir?
– Bizim cəmiyyətdə qadın dəyərləri başqadır. Xarici ölkələrdə olduğum zaman buna xüsusi diqqət yetirirəm, məsələyə müqayisəli şəkildə baxıram. Qeyd etdikləriniz təkcə estetik baxımdan deyil, bir çox sahələrdə öz fərqini göstərir. Amma dəyərli Azərbaycan xanımı həmişə gözəl, füsunkar, səliqəli, təmizkar, baxımlı görünməyə çalışıb. Doğrudur, bugünün tendensiyası, tələbləri, dəbi, trendi bir qədər fərqlidir, necə ki, zövqlər fərqlidir. Müəyyən estetik kənaraçıxmaları nəzərə almıram.
Xanımlarımızı digər ölkələrin qadınları ilə müqayisə edib əminliklə deyirəm ki, Azərbaycan qadını istedadlı, zövqlü, işgüzar, bacarıqlı, mərhəmətli, qayğıkeş və məsuliyyətlidir. Hər zaman ailəsinin yanındadır. Bütün mənalarda gözəl görünməsi ilə ətrafını da gözəlləşdirəndir. Xanımlarımızın estetik prosedurlara üstünlük verməsi yaxşı haldır. İsrarla özlərinə baxmaq istəyirlər (gülür).
Həkim-kosmetoloq kimi bunu yalnız təqdir edirəm və bütün Azərbaycan xanımlarına sağlam gözəllik arzulayıram.
Semra Ələkbərli,
KONKRET.az

Sağlamlıq       Tarix: 31 avqust 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ

Ağrıkəsicilərdən istifadə artıq çox insan üçün gündəlik vərdişə çevrilib. Azacıq ağrı hiss edən kimi həkimə yox, aptekə üz tuturuq. Yəni, ağrının səbəbini öyrənmədən nəticəni aradan qaldırmağa çalışırıq. Halbuki həkim rəy

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə


yeni xeberler azerbaycan xeberleri son xeberler hava maraqlı xəbərlər cəbhədən son xeber sonxabar az