Yaponiya Hokkaydoda hipersəs silahları YERLƏŞDİRƏCƏK
Yaponiya Müdafiə Nazirliyi ölkənin şimalındakı Hokkaydo və cənub-qərbindəki Kyuşu adalarına 1000 km-ə qədər mənzilli hipersəs silahları yerləşdirəcək.
KONKRET.az xəbər verir ki, bu barədə şənbə günü "NHK" telekanalı hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, bu məqsədlə 2026-cı ilə qədər nazirlik quru özünümüdafiə qüvvələrinin tərkibində iki yeni bölmə yaratmaq niyyətindədir. Onlar ballistik raketlərin buraxılması üçün nəzərdə tutulmuş qurğuları idarə edəcəklər.
Qeyd edək ki, Yaponiya ucqar adaları qorumaq üçün 2018-ci ildən bu cür hipersəs silahlarının hazırlanmasını davam etdirir.
Bildirilib ki, yenidən silahlanma proqramı Yaponiyadan hərbi xərcləri artırmağı tələb edəcək. 2023-cü ildən 2027-ci ilə qədər olan dövr üçün müdafiəyə 43 trilyon yen (təxminən 319 milyard dollar) ayrılması planlaşdırılır ki, bu da əvvəlki beş illik dövrlə müqayisədə təxminən 1,5 dəfə çoxdur. Bu maliyyə ilində (aprel ayından başlayaraq) müdafiə xərcləri əvvəlki ilə nisbətən təqribən 50 milyard yen artaraq 5,37 trilyon yenə (39 milyard dollar) çatıb.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim