Yaponiyada fövqəladə vəziyyət elan edildi
Yaponiyanın Baş naziri Yoşihide Suqa koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkənin bir neçə prefekturasında fövqəladə vəziyyət rejimi elan edib.
Publika.az xəbər verir ki, fövqəladə vəziyyət rejimi aprelin 25-dən başlayaraq Tokio, Osaka, Hyoqo və Kioto prefekturalarında qüvvəyə minəcək. Bildirilir ki, "Qızıl həftə" adlanan tətil günləri ərəfəsində elan edilən fövqəladə vəziyyət rejimi iki həftədən bir qədər çox - mayın 11-dək davam edəcək.
Rejimin davam edəcəyi günlərdə spirtli içkilər satan və karaoke avadanlığına malik n ictimai iaşə müəssislərindən fəaliyyətinin dayandırması xahiş ediləcək. Həmçinin ticarət mərkəzlərinə və univermaqlara da fəaliyyətlərini dayandırmaq tövsiyə olunacaq.
Fövqəladə vəziyyət rejiminin artıq üçüncü dəfə tətbiq olunduğu bu prefekturalarda yoluxma sayının artdığı və koronavirusun daha təhlükəli şatmmlarının yayıldığı bildirilir.
Hökumət, həmçinin vəziyyətin gərgin olduğu Ehime prefekturasında daha ciddi tədbirlərin görülməsi barədə qərar qəbul etsə də, burada fövqəladə vəziyyət rejimi elan etməyib.
Belə ciddi tədbirlərin görüldüyü Miyaqi və Okinava prefekturalarında da həmin tədbirlərin mayın 11-dək uzadılması qərara alınıb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

SON DƏQİQƏ! Hikmət Hacıyev Ermənistana səfər etdi
Hikmət Hacıyev Ermənistana necə gedib? - İrəvan AÇIQLADI
İlham Əliyev Donald Trampı təbrik edib
Bu yazını ürək xəstələri oxusun
İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - Foto
Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür
İranın Təhlükəsizlik Şurasının iclası keçirilir
Milli Məclis Prezident və xanımını təbrik etdi
Azərbaycanda Milli Qurtuluş Günüdür
Almaniya və Kurasao millilərinin start heyətləri açıqlandı
FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yaydı
Ağdamda qeyri-adi hadisə - FOTO
Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb