Yaponiyada yaşlı əhalinin sayı yeni rekord həddə çatdı
Cari ildə Yaponiyada yaşı 65-dən yuxarı olan sakinlərin sayı yeni rekord həddə çatıb.
Publika.az xəbər verir ki, bu barədə sentyabrın 20-də Yaponiyada qeyd edilən Ahıllar Günü ərəfəsində Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilir. Bildirilir ki, sentyabrın 15-ə olan son məlumata görə, ölkədə yaşlı əhalinin sayı 36,4 milyon nəfər təşkil edib və bu, ötən ilin həmin göstəricisindən 220 min nəfər çoxdur.
Məlumata əsasən, yaşlı əhali ilə sakinlərin ümumi sayı arasındakı fərq 29,1 faiz təşkil edir ki, bu da əvvəlki illə müqayisədə 0,3 faiz çoxdur. Əhalinin ümumi sayı isə ötən illə müqayisədə 510 min nəfər azalıb.
BMT-nin məlumatına görə, bu, bütün dünya üzrə müvafiq rəqəmin ən böyüyüdür və həmin göstərici üzrə ikinci yeri tutan İtaliyadan (23,6 faiz) təqribən 5 faiz çoxdur.
Əlavə olaraq qeyd edilir ki, Yaponiyada yaşlı əhalinin 15,83 milyonunu kişilər, 20,57 milyonunu isə qadınlar təşkil edir.
Nazirlik, həmçinin bildirir ki, ölkə üzrə işçilər arasında yaşlı insanların sayı da 17 il ərzində fasiləsiz olaraq artmaqda davam edib və hazırda 9,06 milyon nəfərə çatıb. Bu göstərici ümumi işçi qüvvəsinin 25,1 faizini təşkil edir və ötən ilki ilə müqayisədə rekord həddə çatıb.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək