Yas çadırı qurub geri qayıdırlarmış - 6 nəfərin həlak olduğu qəzanın TƏFƏRRÜATI
Dünən axşam saatlarında Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza ilə bağlı bəzi faktlar üzə çıxıb.
KONKRET.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəzada həyatını itirən 5 nəfərin hamısı rayonun Boyat kənd sakinləri imiş.
Onlar Ağcabədinin kəndlərindən birində yas mərasimi üçün çadır quraşdıraraq geriyə – yaşadıqları əraziyə qayıdarkən bədbəxt hadisə ilə üzləşiblər.
Bildirilir ki, hadisənin baş verdiyi yolda sürət həddi saatda 70 kilometr olsa da, avtomobillərdən biri daha sürətlə hərəkət edərək arxadan VAZ markalı avtomobilə çırpılıb. Nəticədə, idarəetmədən çıxan avtomobil yolun əks hərəkət istiqamətinə çıxıb və qarşıdan gələn digər avtomobillə yenidən toqquşub. Nəticədə, VAZ-da olan Vüsal Məmməd oğlu Hüsiyev (1990), Sənan Aqil oğlu Əmrahov (1991), Azər Fəyyaz oğlu Aslanov (1992), Asiman Yaşar oğlu Ələsgərov (2007) və Elbəy Mövsüm oğlu Aslanov həlak olublar.
Həmin şəxslərdən Sənan Əmrahov evin tək oğul övladı imiş. Qəzada onun bacısının həyat yoldaşı Azər də həyatını itirib.
Qeyd edək ki, qəza nəticəsində daha 5 nəfər xəsarət alıb. Onlardan 4-ü artıq evə buraxılıb.
Xidmetler [newsid: 0-123300]

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Prezident qızları bir arada - Foto
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
Uitkoff Sankt-Peterburqa gəldi
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir