Yaşar Əliyevin Quterreşə ünvanlandığı məktub BMT-nin sənədi kimi yayıldı

Yaşar Əliyevin Quterreşə ünvanlandığı məktub BMT-nin sənədi kimi yayıldıAzərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Yaşar Əliyevin BMT Baş katibi Antoniu Quterreşə ünvanladığı növbəti məktubu Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
KONKRET.az "Report"a istinadən xəbər verir ki, səfir Yaşar Əliyevin BMT Baş katibi Antoniu Quterreşə ünvanladığı məktubda Ermənistanın BMT yanında daimi nümayəndəliyinin səsləndirdiyi qüsurlu və yalan iddialara qarşı fikirlər yer alıb:
"Ermənistanın məqsədi bəllidir – Azərbaycana qarşı təcavüzə, ölkəmin suveren ərazilərinin otuz ildir işğalına, kütləvi vəhşiliklərə, nifrət cinayətlərinə və ört-basdır edilməmiş irqçilik siyasətinə görə öz məsuliyyətini gizlətməkdir. Ermənistanın Azərbaycanın 2020-ci ildə başlatdığı iddia edilən irimiqyaslı hərbi əməliyyatlarla bağlı təkrarlanan iddiaları tamamilə fantaziyadır. Azərbaycan BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) qətnamələrinə tam uyğun olaraq, öz ərazi bütövlüyünü bərpa etmək və xalqını qorumaq üçün yalnız öz suveren torpağında əks-hücuma keçib.
2022-ci ilin sentyabrında baş verən toqquşmalara gəlincə, onlar Ermənistan ərazisində deyil, delimitasiya olunmamış Azərbaycan-Ermənistan sərhədində baş verib və Ermənistan silahlı qüvvələri tərəfindən təxribat törədilib, bu barədə müvafiq qaydada sənədləşdirilib BMT-yə məlumat verilib".
Sənəddə o da qeyd olunub ki, Ermənistanın Laçın-Xankəndi yolu ilə bağlı iddiaları da eyni dərəcədə yalandır:
"10 noyabr 2020-ci il tarixində Üçtərəfli Bəyanat imzalandıqdan sonra Bəyanata uyğun olaraq, təhlükəsizliyə Azərbaycan zəmanət verməklə, yolboyu insanların, nəqliyyat vasitələrinin və yüklərin daşınması rejimi dəyişməz qalıb. Sakinlər, təcili yardım maşınları, humanitar yardım karvanları və Beynəlxalq Qırmızı Xaç Komitəsi yoldan məhdudiyyətsiz istifadə edib.
Bu dövr ərzində Ermənistan Laçın yolundan qeyri-qanuni hərbi məqsədlər üçün, o cümlədən silahlı qüvvələrin şəxsi heyətinin rotasiyası, əraziyə silahların ötürülməsi və minaların basdırılması, habelə faydalı qazıntıların qanunsuz dövriyyəsi üçün sui-istifadə edib.
Azərbaycan tərəfindən öz suveren ərazisində Laçın yolunun girişində sərhəd-keçid məntəqəsinin yaradılması dövlətlərin ərazi suverenliyi və bütövlüyünün əsas prinsiplərinə, öz sərhədlərinin qorunmasına və qanunun aliliyinə əsaslanaraq təhlükəsizliyini təmin etmək vəzifəsini daşıyır".
Səfir bildirib ki, Ermənistan faktları təhrif etməklə, beynəlxalq sənədləri yanlış şərh edib:
"Ermənistan beynəlxalq ictimaiyyəti çaşdırmaq, düşmənçilik və nifrətlə vaxt itirmək əvəzinə beynəlxalq öhdəliklərinə əməl etməli, öz silahlı qüvvələrini və qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazisindən tamamilə çıxarmalı, Azərbaycanın hələ də işğal altında olan səkkiz sərhəd kəndini qaytarmalı, ərazi iddialarına, qeyri-qanuni fəaliyyətlərə və dezinformasiyaya, mina terroruna son qoymalı, münaqişə zamanı itkin düşmüş bir neçə min azərbaycanlının taleyinə işıq salmalı, Azərbaycana dəymiş zərərin ödənilməsi və iki dövlət arasında sülh müqaviləsi və sərhədin delimitasiyası üzrə danışıqlarda iştirak etməlidir".
Beynəlxalq sənəddə qeyd olunur ki, Ermənistan tərəfindən yayılan yalanlara, təlqinlər və dezinformasiyalara baxmayaraq, Azərbaycan münaqişədən zərər çəkmiş ərazilərinin reabilitasiyası, yenidənqurması və inteqrasiyası ilə yanaşı qaçqınların və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz şəkildə qayıtmasını təmin etmək, normallaşmanı sürətləndirmək əzmində qətidir.

Siyasi       Tarix: 26 aprel 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən şad xəbər futbol xeberleri cebheden xeber sonxeberler