Yaşar Gülər Prezident İlham Əliyevə təbrik məktubu göndərdi
Türkiyənin milli müdafiə naziri Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
KONKRET.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezidentim.
Yenidən Prezident seçilməyiniz münasibətilə Zati-alinizi təbrik edirəm.
Sizin liderliyinizlə Azərbaycanın bu günə qədər əldə etdiyi siyasi, iqtisadi, sosial, hərbi uğurların bundan sonra da artaraq davam edəcəyinə, ikinci Vətənimiz olan Azərbaycanın bölgədə və dünyada güclü mövqeyini daha da möhkəmləndirəcəyinə inanıram.
Ümummilli Lider Heydər Əliyevdən miras qalan "Bir millət, iki dövlət" düşüncəsi cənab Prezidentimizin və Zati-alinizin liderliyi ilə daha da güclənərək bölgənin təhlükəsizliyinin və sabitliyinin ən böyük təminatı olub.
Əzəli və əbədi qardaşlıq əlaqələrimizi gələcək nəsillərə ötürməyin ən mühüm ortaq məsuliyyətimiz olduğu düşüncəsi ilə Türkiyə həm sevincli, həm də kədərli günlərdə bütün imkanları ilə daim can qardaşımız Azərbaycanın yanında olmaqda davam edəcəkdir.
Fürsətdən istifadə edərək Azərbaycan Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Zati-alinizi şəxsən öz adımdan və Milli Müdafiə Nazirliyi adından bir daha təbrik edir, başda şəxsiniz olmaqla dost və qardaş Azərbaycan xalqına rifah və əmin-amanlıq diləyirəm".

Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi