YAŞAT' Fondundan yardım istəyən qazi ilə bağlı RƏSMİ AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Vətən Müharibəsi qazisi Əliyev Samir müalicəsinin dayandırıldığını və davam etdirmək üçün maddi imkanın olmadığını bildirmişdi.
Samir Əliyev həmçinin müalicəsinin dayandırılmasında "Yaşat" Fondunun maliyyə vəsaitinin olmamasının bildirildiyini qeyd edib.
Samir Əliyevin fikirləri ilə bağlı "YAŞAT" Fondundan azxeber.com-a açıqlama verilib. Açıqlamada qazinin müalicəsi üçün bütün lazimi tədbirlərin görüldüyü qeyd edilib:
"Vətən Müharibəsi əlili Əliyev Samir Daşqın oğlunun "YAŞAT" Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin qarşılanması istiqaməti üzrə xərcləri qarşılanmışdır. Onun 25 yanvar 2021-ci il tarixindən 5 fevral 2023-ü il tarixinədək Türkiyə Respublikasında müalicəsinin aparılması üçün Fondun büdcəsindən 433199.29 AZN vəsait xərclənib. 2021-ci il 6 yanvar tarixində 6796.80 AZN-lik tibbi cihazla təmin edilib. Müxtəlif vaxtlarda ümumilikdə 1367.60 AZN-lik dərman vasitələri ilə təmin edilib.
Samir Əliyevin reabilitasiyasını ölkədə davam etdirməsi barədə 2022-ci ilin aprel ayından həm türk, həm də yerli həkimlərin rəyi olmasına baxmayaraq Fondun təşəbbüsü ilə onun xarici ölkədəki müalicə müddəti yuxarıda qeyd edilən tarixədək uzadılmışdır. Şəxsə Fond tərəfindən ümumilikdə 441363.69 AZN məbləğində dəstək göstərilmişdir".
Xatırladaq ki, ötən gün vətən müharibəsi iştirakçısı Samir Əliyev azxeber.com-a müraciət edərək "YAŞAT" Fondunun dəstəyi ilə 2 il Türkiyədə müalicə aldığını, amma bir müddət sonra müalicəsini yarımçıq dayandırıldığını demişdi. O müalicəsini davam etdirmək istəmək üçün yardım istəyib.
Günel Hüseynli


Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Millimiz Moldova yığmasına uduzdu
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur