Yaşlı kişi market torbasına görə DÖYÜLDÜ 

Yaşlı kişi market torbasına görə DÖYÜLDÜ Bakıda yaşlı kişi marketdə döyülüb.
KONKRET.az "Lent.az"a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu M. Davudoğlu küçəsində yerləşən "Rahat" marketdə qeydə alınıb.
Paytaxt sakini olan yaşlı kişi "Oba" marketdən çörək və başqa qida məhsulları aldıqdan sonra, həmin mağazanın emblemli torbası ilə "Rahat" marketə daxil olub. Burada o, "Oba"da tapmadığı məhsulu axtarırmış. Lakin burada da onu tapmadığı üçün obyekti tərk etmək istəyib.
Bu zaman "Rahat" marketin mühafizəçisi olan 20 yaşlı Vidadi Qədimov (ad və soyad şərtidir) onu saxlayaraq, torbada nə olduğunu soruşub. Nəticədə tərəflər arasında mübahisə yaranıb.
Təqsirləndirilən şəxs bildirib ki, vəzifəsi marketdən oğurluq hallarının qarşısını almaqdır. Buna görə də həmin şəxsdən torbada nə olduğunu və onları haradan aldığını soruşub:
"Lakin müştəri kobud danışaraq, "sən kimsən?" dedi. Mühafizəçi olduğumu bildirdim. Düzdür, həmin vaxt formada deyildim və iş vəsiqəm də üzərimdə götürməmişdim. Müştəri torbada nə olduğunu soruşduğum üçün çox əsəbiləşdi və saymazyana söyməyə başladı. Əvvəl ona fikir vermədim, yanından uzaqlaşdım. Amma gördüm ki, davam edir, dözməyib qayıtdım və sifətinə yumruqla zərbə vurdum. Əməlimdən peşmanam".
Zərərçəkənin sözlərinə görə, zərbənin təsirindən geriyə gedib və huşunu itirərək, yerə yıxılıb.
Hadisə ilə bağlı Vidadi Qədimov barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi açılıb. Lakin məhkəmə istintaqı zamanı ittiham 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsinə tövsif edilib.
Binəqədi rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs barəsində 8 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

Hadisə       Tarix: 18 oktyabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Tanınmış həkim ürək çatışmazlığından vəfat etdi

Göygöl rayonunda həkim Sahib Rəsulov 73 yaşında vəfat edib. xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib. Sahib Rəsulov 1978-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirib. O, uzun illər tibb sahəsində çalışara

Bakıda qayınana gəlinini döydü: cinayət işi açıldı

Bakıda qayınana gəlinini döyüb. -a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib. 46 yaşlı Zəhra Tağıyeva (şərti adla) yaşadıqları evdə döşəmə silən taxta ilə gəlininin alnına və əllərinə zərbələr vurub

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində

Qaradağda məktəb direktorunun maşını yandırıldı

Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. KONKRET.azapa-ya istinadən xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bu fakt bir daha onu nümayiş etdirir ki

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası edilən Tovuz sakini vəfat edib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlu

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi


yeni xeberler son xeberler azerbaycan xeberleri ensonxeberler xeber.az krimnal xeber maraqlı xəbərlər