"Yavaş-yavaş mənəvi dəyərlərini yox etməyə çalışan insanların cəmiyyətinə çevirilirik"
Xalq artisti Brilliant Dadaşova həyat yoldaşı, Akademik Rus Dram Teatrının rəhbəri Ədalət Hacıyevlə toy fotosunu paylaşıb.
Open.az xəbər verir ki, paylaşılan görüntüdə sənətçinin xalası oğlu da yer alıb.
Müğənni şəkillə bağlı xatirəsini belə izah edib:
"Bu Ədalət müəllimlə toy şəklimizdir – Ortada Bakıda böyümüş, Qarabağı heç görməmiş və könüllü olaraq müharibəyə gedib Ağdamda şəhid olan xalamız oğlu Elçindir. Arxada dayanan qadın da başqa bir qohumumuzdur – onun da oğlu Azər Naxçıvanda şəhid olmuşdu.
İndi şəhidlərimizə baxıb düşünək... – onlar şirin canlarını qurban verdilər və biz bugünkü cəmiyyəti yaratdıq: Müğənnisini, mədəni irsini, həmvətənlərini təhqir edən, bir-birinə qənim kəsilib ətini didən, bir-birinə şər-böhtan atan, ayağının altını qazan bir cəmiyyət olduq – azad, müstəqil... Bu müstəqilliyi, söz azadlığını sui-istismar edən bir cəmiyyət yaratdıq. Yavaş-yavaş mənəvi dəyərlərini yox etməyə çalışan insanların cəmiyyətinə çevirilirik. Ruhları şad olsun...". (Axşam.az) /open.az

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq