Yaxın Şərqdə daha bir münaqişə zonası yaranır? - 'Yəmən məzhəb qarşıdurmasının qurbanına çevrilib
"SSRİ-nin süqutundan sonra tək qütblü dünyanın qərarları Yaxın Şərqdə çox narahatlıq yaradan münaqişələrin səbəbkarı olub".
Bu fikirləri azxeber.com-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli Yəmənin ABŞ və Böyük Britaniya koalisiyası tərəfindən hücuma məruz qalmasından danışarkən söyləyib.
Ekspertin dediyinə görə, Yəmən uzun illərdir ki, məzhəb qarşıdurmalarının qurbanına çevrilmiş ölkədir:
"Qərbin siyasi dairələrinin reallaşdırdığı layihələr Yaxın Şərqdə bir-birinin ardınca müəyyən münaqişələrə bais oldu. Bunlardan biri də Yəməndir. Biz bilirik ki, Yəmən artıq uzun illərdir məzhəb qarşıdurmalarının qurbanına çevrilib və strateji əhəmiyyət kəsb edən bölgə kimi Afrikaya giriş, üstünlük əldə etmək məqsədilə müəyyən qüvvələr tərəfindən istifadə olunur.
Bu illər ərzində Rusiya Yaxın Şərqdə baş verən proseslərə açıq şəkildə reaksiya vermirdi, yalnız Suriya məsələsində mövqeyini nümayiş etdirdi. Bəşər Əsədin müdafiəsini təmin etdi və bundan sonrakı vəziyyətdə isə mövqelərini daha da gücləndirməyə çalışdı".
O hesab edir ki, Yaxın Şərqdəki münaqişələri yalnız Rusiya sakitləşdirə bilər:
"Hesab edirəm ki, Rusiyanın bundan sonra atdığı addımlar Yaxın Şərqdə balansın qorunmasına gətirib çıxaracaq, nəinki münaqişənin gərginləşməsinə, dərinləşməsinə. Bu da bəzi ixfilafların qarşının alınmasına gətirib çıxaracaq.
Sadəcə Yəməndə bu məzhəb qarşıdurmalarında İran və Səudiyyə Ərəbistanı da maraqlıdır. Yəmənin nəzarət altına alınması isə təbii ki, ABŞ və Böyük Britaniyanın maraqındadır. Çünki Səudiyyə Ərəbistanının müttəfiqi olan ABŞ və Britaniya İranın, dolayı ilə Rusiyanın bölgədəki üstünlüyü qazanmasına imkan vermək istəmir. Hər bir halda müəyyən gərginliklərin başlanğıcı daha genişlənəcəyi gözləniləndir. Rusiyanın bu məsələdəki aktivliyi qarşıdurmanın qarşısını almağa səbəb ola biləcək faktorlardan hesab oluna bilər".
Mikayıl Mirzəzadə

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz
Madrid debisində "Atletiko" "Real"a qalib gəlib