Yaxın Şərqdəki gərginlik neft bazarına necə təsir edəcək?
Hazırda Yaxın Şərqdə müşahidə olunan gərginlik qısamüddətli perspektivdə neft qiymətlərinin artımına təkan verə bilər.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Atlantika Şurasının baş əməkdaşı və "Beynəlxalq təhlil bazarı" MMC-nin təsisçisi Ariel Koen deyib.
Ekspert bildirib ki, İranın ABŞ hərbi bazalarına raket hücumu general Qasım Süleymaninin öldürülməsinə cavab addımı olsa da, tərəflər irimiqyaslı müharibə istəmir:
"Bu hadisələrin neft bazarına qısamüddətli təsiri tərəflərin seçdiyi gərginlik kursundan asılı olacaq. Gərginlik davam etsə, neft qiymətlərinin dayanıqlı artımı müşahidə olunacaq. Uzunmüddətli perspektivdə isə vəziyyətin gərginləşməsi dünya iqtisadiyyatında artımın yavaşlamasına, tədarük mənbələrinə tələbin azalmasına gətirib çıxara bilər".
A.Koen əlavə edib ki, tərəflərin böyük itkiləri ilə müşayiət olunan birbaşa hərbi qarşıdurma nəticəsindı neft qiymətləri 120 dollar/barel həddinədək yüksələ bilər.
Onun sözlərinə görə, əgər tərəflər dolayı və asimmetrik rejimdə qarşıdurma yolunu seçsə, qiymət artımı tədricən olacaq.
Milli.Az /news.milli.az

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi