Yay mövsümündə xarici və yerli turistlər arasında rəy sorğusu keçirilib - FOTOLAR

Yay mövsümündə xarici və yerli turistlər arasında rəy sorğusu keçirilib - FOTOLARNaftalanda turizm xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Naftalan ŞİH-nin təşkilatçılığı və dəstəyi ilə Hotel və Müalicə Mərkəzlərində rəy sorğusu keçirilib və alınan cavablar əsasında hesabat hazırlanıb.
azxeber.com xəbər verir ki, sorğuda şəhərdə istirahət və müalicə alan 100 dən çox yerli və xarici turist iştirak edib.
Azərbaycan, Rus və İngilis dillərində hazırlanmış sorğunun məqsədi Hotel və Müalicə Mərkəzlərində xidmət səviyyəsinin yüksəldilməsi, turist məmnuniyyətinin təmin edilməsidir. Həmçinin, bu sorğu şəhərin turizm potensialının güclü və zəif tərəflərini təhlil etməyə imkan verir.
Sorğunun nəticəsindən aydın olmuşdur ki, bu gün beynəlxalq turizm mərkəzi olan Naftalan yerli və xarici qonaqlarda xoş təəssürat yaratmış, turizm obyektlərinin xidmət səviyyəsi ilə bağlı fikrə razıyam deyənlər 94% təşkil etmişdir. "Hansı mövsümdə istirahət etmək uyğundur" fikrinə 59% yay mövsümünün uyğun olduğunu qeyd edib. Sorğunun nəticələrindən məlum olub ki, sorğu iştirakçılarının 45%-i dayaq hərəkət, 31%-i revmatizm, dəri və uroloji xəstəliklərin müalicəsi üçün gəliblər. Həmçinin "Naftalanda neçə gün qalmağı planlaşdırmısınız" sualına respondentlərin 71%-i 7-14 gün arası qalmağa üstünlük verdiklərini qeyd ediblər. Hotel və müalicə mərkəzlərindəki qiymətlərlə razıyam deyənlər 86% təşkil edib.
Ümumilikdə sorğunun nəticəsindən aydın olub ki, bu gün Naftalan yerli və xarici qonaqlarda xoş təəssürat yaradıb. Belə ki, şəhərin infrastrukturundan, abad, təmiz və səliqəli saxlanılması fikrinə çox yaxşı və yaxşı cavabı 87% olub. Bununla yanaşı "Bugünkü Naftalanı əvvəlki səfərlərlə müqayisədə necə görürsünüz" fikrinə də 83 % şəxs cavab olaraq çox yaxşı və yaxşı bəndlərini təsdiqləyiblər.
Rəy sorğusunda iştirak edən xarici respondentlərin 36%-ni Rusiya Federasiyası, 33%-ni Qazaxıstan, 27%-ni Özbəkistan, 2%-ni Almaniya və 2%-ni İsraildən gələnlər təşkil edib. Qonaqların 58%-i Heydər Əliyev adına Beynəlxalq Hava Limanından və Gəncə Beynəlxalq Hava Limanından istifadə edərək xarici ölkələrdən Naftalana üz tutublar. 42%-i isə ölkə daxilindən gələn yerli qonaqlar təşkil edib.
Sorğu iştirakçıları müalicə aldıqları hotelin yüksək xidmət səviyyəsindən, həm də müalicənin keyfiyyətindən məmnunluqlarını bildirməklə yanaşı, personalın xarici dil biliklərinin səviyyəsinin artırılmasını, həmçinin asudə vaxtlarının daha səmərəli keçməsi üçün şəhərdə ticarət və əyləncə mərkəzinin (MALL) olmasının, turistik marşrutların artırılması, Hotel və Müalicə Mərkəzlərində ATM-lərin quraşdırılması və bəzi turizm obyektlərində təqdim olunan xidmət növlərinin artırılmasının vacibliyini qeyd ediblər.
Yay mövsümündə xarici və yerli turistlər arasında rəy sorğusu keçirilib - FOTOLARYay mövsümündə xarici və yerli turistlər arasında rəy sorğusu keçirilib - FOTOLARYay mövsümündə xarici və yerli turistlər arasında rəy sorğusu keçirilib - FOTOLARYay mövsümündə xarici və yerli turistlər arasında rəy sorğusu keçirilib - FOTOLARYay mövsümündə xarici və yerli turistlər arasında rəy sorğusu keçirilib - FOTOLARYay mövsümündə xarici və yerli turistlər arasında rəy sorğusu keçirilib - FOTOLARYay mövsümündə xarici və yerli turistlər arasında rəy sorğusu keçirilib - FOTOLARYay mövsümündə xarici və yerli turistlər arasında rəy sorğusu keçirilib - FOTOLARYay mövsümündə xarici və yerli turistlər arasında rəy sorğusu keçirilib - FOTOLARYay mövsümündə xarici və yerli turistlər arasında rəy sorğusu keçirilib - FOTOLAR

Sosial       Tarix: 08 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri


son xeberler azerbaycan xeberleri yeni xeberler sou xeberler xeberlər son xabarlar son xeberler azerbaycan