"Yayımı davam etdirmək üçün rəsmi Bakının icazəsi lazımdır" - Zatulinə CAVAB 

"Sputnik radiosunun Qarabağda yayımının dayandırılması Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı və Ermənistanın ərazisini 1991-ci il sərhədləri daxilində təsbit etməyə hazır olduğu barədə bəyanatı ilə bağlıdır".
KONKRET.az xəbər verir ki, bu fikirlər "Rossiya seqodnya" xəbər agentliyinin baş direktoru Dmitri Kiselevin Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulinə cavab məktubunda yer alıb.
Zatulin daha əvvəl məktubla müraciət edərək "Rossiya Seqodnya" media qrupunu "yayımı dayandırmaq qərarına" yenidən baxmağa çağırmışdı.
Kiselyovun cavabından belə görünür ki, bu, Zatulinin iddia etdiyi kimi dayandırma deyil. Agentlik Ermənistan rəhbərliyinin yeni mövqeyindən çıxış edərək yayımı saxlayıb.
"Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, sülhə nail olmaq üçün İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımağa və Ermənistanın ərazisini 1991-ci il sərhədləri daxilində təsbit etməyə hazırdır. Biz bu bəyanatdan çıxış edirik və hesab edirik ki, Azərbaycanın tənzimləyici orqanlarının razılığı olmadan Qarabağ ərazisində yayımımızın davam etdirilməsi Moskva tərəfindən münasibətlərin səmimiliyini şübhə altına alır və mürəkkəbliklə doludur. Ölkələrimiz arasında dövlətlərarası münasibətlərin inkişafının vacibliyini əsas gətirərək bu qərara gəldiyimizi bir daha bəyan edirik", – deyə Kiselev Zatulinə ünvanladığı məktubunda qeyd edib.
Onun sözlərinə görə, yayımı davam etdirmək üçün rəsmi Bakının icazəsi lazımdır.
"Rəsmi Bakı bütün müvafiq hüquqi normalara uyğun olaraq yayımı davam etdirmək üçün icazə verərsə, biz regionda yayımı uzatmağa hazırıq. Parlament diplomatiyası burada mühüm rol oynaya bilər", – deyə Kiselev qeyd edib.
Günel Mikayılova,
KONKRET.az

Siyasi       Tarix: 01 sentyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma


yeni xeberler azerbaycan xeberleri son xeberler son xəbərlər azərbaycanda son xeber az az xeber ən son xəbərlər