"Yeganə günahkar erməni separatçı rejimidir"- Elçin Əmirbəyov

"Qarabağda bugünkü "humanitar vəziyyət"in yeganə günahkarı erməni separatçı rejimidir".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov DW-yə müsahibəsində deyib.
"Ermənistanın indi bütün dünyada başlatdığı kampaniya Azərbaycanı ləkələmək və bizi bütün mümkün günahlarda ittiham etmək, eləcə də humanitar çətinliklərlə bağlı manipulyasiya etmək üçün taktiki addımdır. Bu kampaniya ilə o yerlərdə status-kvonu gücləndirməyə, sülh prosesində iştirakı imitasiya etməyə və irəliləyişin olmamasına görə bütün günahı Azərbaycanın üzərinə atmağa çalışır. Eyni zamanda Azərbaycan sülh prosesində irəliləmək üçün xoş niyyətini və səmimi istəyini dəfələrlə sübut edib. Çünki Ermənistana sülh sazişi layihəsi, kommunikasiyaların bərpası və dövlət sərhədinin delimitasiyası ilə bağlı müzakirələr aparmağı biz təklif etmişik. "Humanitar böhran"ın yeganə məsuliyyəti Azərbaycanın suverən ərazisində olan separatçıların üzərinə düşür", – o qeyd edib.
E.Əmirbəyov əlavə edib ki, Laçın yolu ilə hər gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobillərinin, təcili yardım maşınlarının, Qarabağın erməni sakinlərinin və bütün lazımi ərzaqları daşıyan digər nəqliyyat vasitələrinin gediş-gəlişinin təşkil edildiyi bir vaxtda Qarabağın "blokada"da olduğunu söyləmək olmaz: "Bundan başqa, Ermənistan və separatçılar vəziyyəti siyasiləşdirərək beynəlxalq ictimaiyyətin diqqətini dalana dirədikləri əsas sülh prosesindən yayındırmaq istəyirlər. Belə ki, onların Ağdam-Xankəndi yolu ilə ərzaq tədarükündən imtina etməsi vəziyyətin humanitar yox, siyasi xarakter daşıdığının sübutudur. Əgər əhalinin humanitar yardıma ehtiyacı olarsa, lakin onlar həyati əhəmiyyətli qərarlardan imtina edirlərsə, o zaman heç kəsə bunun humanitar böhran olduğunu sübut edə bilməz".

Siyasi       Tarix: 08 sentyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2026 canli apa.az xeberler valyuta mezennesi banklar cəbhədən son məlumat