Yelo Bank 20 milyondan çox xalis mənfəət əldə edib

Yelo Bank 20 milyondan çox xalis mənfəət əldə edibYelo Bank 2023-cü ilin yekunu üzrə maliyyə nəticələrini açıqlayıb. Rəqəmlərə baxdıqda ötən il Yelo Bank-ın ili idi desək, yanılmarıq. İlk növbədə Bankın xalis mənfəəti il ərzində 4 dəfə artaraq 20 milyon manatı keçib. 
- Ötən il Yelo Bank kredit portfelinin artım dinamikasını qoruyub saxlayıb. Ümumi kredit portfeli il ərzində 142 milyon, yəni 23% artaraq 764 milyon manat olub. 
- Bankın strategiyasına uyğun olaraq kredit portfelinin mühüm hissəsini, yəni 63%-ni biznes kreditləri təşkil edir. Ötən il 466 milyon manat biznes krediti verilib. Bununla da, Bankın biznes kredit portfeli 22% artaraq 483 milyon manatı keçib.
- 2023-cü ildə 268 milyon manatdan çox istehlak krediti verilib. Nəticədə bu istiqamət üzrə kredit portfeli də 61 milyon, yəni 28% artaraq 281 milyon manat təşkil edir. Bu satışın 60%-dən çoxu onlayn kanalların payına düşür.
- Bankın fiziki şəxslərin müddətli depozitlərinin həcmi il ərzində 36% artaraq yarım milyarda yaxınlaşıb. Bu da Yelo Bank-ın əmanət məhsullarının əhali üçün cəlbedici olduğunun göstəricisidir. 
- Eyni zamanda Bankın faiz və qeyri-faiz gəlirləri də artıb. İl ərzində faiz gəlirləri 30%-lik artımla 113 milyon, qeyri-faiz gəlirləri isə 21% artımla 12 milyon manata çatıb.
- Hesabat dövrünə Bankın məcmu kapitalı 109 milyon manatı ötüb. Bu isə 2022-ci ilin sonu ilə müqayisədə 16 milyon manat daha çoxdur.
Ötən il Yelo Bank regionlarda xidmət şəbəkəsini genişləndirib. Xaçmaz, Tovuz və Masallıda rəqəmsal konseptli yeni filiallar müştərilərin xidmətinə verilib. 2024-cü ildə də Bankın parlaq bankçılıq konseptinə uyğun yeni filiallar istifadəyə veriləcək, o cümlədən, mövcud filiallar daha da təkmilləşdiriləcək.
Bankda depozit yerləşdirmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq! / azxeber.com

İqtisadiyyat       Tarix: 15 yanvar 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Pensiya alanların nəzərinə - Bu tarixdə

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda iyun ayı üzrə pensiyaların veriləcəyi tarix məlum olub. xəbər verir ki, pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyun ayının 12-də ödəniləcək. Daha sonra is

"Sıfır Tullantı" həmrəylik marafonuna start verildi

5 İyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə 2026-cı ilin "Sıfır Tullantı" həmrəylik marafonuna Mingəçevir şəhərində start verilib. Marafon Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın təşəbbüsü, Ekologiya və Təbi

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 139,7 dollar azalaraq 4 365,3 dollar təşkil edib. xəbər verir ki, gümüş isə 4,87 dollar azalaraq 69,1 dollara bərabər olub

TuranBank beynəlxalq fonddan maliyyə vəsaiti cəlb etdi

Fəaliyyətində gender bərabərliyi prinsiplərini və qadınların maliyyə imkanlarının genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edən TuranBank ASC beynəlxalq tərəfdaşlarla əməkdaşlığını uğurla davam etdirir

Azər Türk Bank və Bakı Ali Neft Məktəbi arasında Anlaşma Memorandumu imzalandı - FOTOLAR

Dövlət bankı Azər Türk Bank (ATB) və ölkənin nüfuzlu ali təhsil müəssisəsi olan Bakı Ali Neft Məktəbi (BANM) arasında Anlaşma Memorandumu imzalanıb. xəbər verir ki, qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyən edə

FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı

Ölkənin ilk rəqəmsal bankı Birbank və Visa şirkətinin birgə həyata keçirdiyi Birbank-la "FIFA 2026 Final Oyunu" kampaniyasının nəticələri açıqlanıb. Kampaniyanın şərtlərinə tam cavab verən iştirakçı futbol üzr

Neftdən asılılığın azalması davam edir – Yeni göstəricilər açıqlandı

"Neftdən asılılığın azaldılması istiqamətində müsbət göstəricilər qeydə alınıb" . xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasınd

Bank Respublika "Ağır ol, qazan!" lombard kredit kampaniyasına start verdi

Həyatda elə məqamlar var ki, ağırlıq üstünlüyə çevrilir. Bəzən bu üstünlük etibar qazandırır, bəzən də əlavə imkanlar yaradır. Bank Respublika-da isə ağırlıq sizə daha çox qazandıracaq. Müştərilərini hər zaman maraqlı v

Azər Türk Bank Beynəlxalq Maliyyə və Bankçılıq Sammitinin rəsmi tərəfdaşıdır

Dövlət bankı Azər Türk Bank Bakıda keçirilən "BeynəlxalqMaliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyəİnteqrasiyası" adlı forumunda (IFBS 2026) rəsmi tərəfdaş olaraq iştirak edib. xəbər veri


son xeberler yeni xeberler azerbaycan xeberleri şou biznes xəbərləri cəbhədən son durum az xeber son.xeber