Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb
Ölkənin aparıcı banklarından olan Yelo Bank iləAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsiimzalanıb. Yelo Bank-ın Baş ofis binasında həyata keçirilən imza mərasimindəBank-ın Müşahidə Şurasının sədri və əsas səhmdarı olan Marina Kulişova və digərrəhbər şəxsləri ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrınındirektoru, xalq artisti Yusif Eyvazov iştirak ediblər.
Müqavilədə mədəniyyətə, incəsənətə dəstək vəAzərbaycanın mədəni mənzərəsinin zənginləşdirilməsinə yönəlmiş bir sıraəməkdaşlıq təşəbbüsləri öz əksini tapıb. Bu əməkdaşlıq çərçivəsində Yelo Bankteatra əhəmiyyətli maliyyə dəstəyi verəcək, il ərzində çoxsaylı tamaşaların vəmədəni tədbirlərin keçirilməsinə şərait yaradacaq. İmzalama mərasimi ilə yanaşıTeatrın nümayəndəliyi Yelo Bank-ın Baş ofisinin fəaliyyəti ilə yaxından tanışolublar. Daha sonra müqavilə çərçivəsində gələcək əməkdaşlıqlar müzakirə edilib.
Yusif Eyvazov başlanılan bu tərəfdaşlığın məhsuldar vəuzunmüddətli olacağına inandığını bildirib. "Yelo Bank ilə əməkdaşlığabaşlamağa çox şadıq. Bu əməkdaşlıq çərçivəsində orkestr üçün yeni musiqialətləri və İtaliyadan "Tosca", "Traviata" operaları üçündekorasiyaların alınmasına dəstək göstəriləcək. Teatrımıza və ölkəmədəniyyətinə göstərdikləri diqqətə görə Marina xanıma və Yelo Banka öztəşəkkürümüzü bildirmək istəyirik".
"Bu gün imzalanan müqavilə Yelo Bankın mədəniyyətədəstək missiyasının bir parçasıdır. Bu tərəfdaşlıq vasitəsilə dünya operamədəniyyətinin dəyərli incilərini xalqımıza daha yaxından hiss etdirməkistəyirik. Biz Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yanındaolmağa və onun parlaq gələcəyinə töhfə verməyə şadıq. Bu əməkdaşlığın hər ikitərəf üçün böyük uğurlar gətirəcəyinə əminəm". - deyə Marina Kulişova bildirib.
Qeyd edək ki, fəal sosial məsuliyyətli bank kimi Yelo,incəsənətin müxtəlif qollarını hər zaman dəstəkləməsi ilə seçilib. Bank-ın Başofis binası artıq özü də bir mədəni tədbir ocağına çevrilib. İndiyədək buradaİsfar Sarabski, Şahin Növrəsli, Elnur Hüseynov, Fidan Hacıyeva kimisənətkarların konsertləri, Dövlət Akademik Filarmoniyasının kamera orkestri,eləcə də qadınlardan ibarət orkestrin çıxışları fonunda bir sıra mühümtədbirlər keçirilib.
Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin vəya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!




/ azxeber.com
Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır