Yelo Bank-ın "Summer Challenge 2026" proqramı uğurla yekunlaşdı - FOTOLAR
Yelo Bank-ın gənc istedadları dəstəkləyən və bankçılıq sahəsində yeni nəsil mütəxəssislər yetişdirən layihəsi "Summer Challenge 2026" yay təcrübə proqramı başa çatdı.
Bu il proqram çərçivəsində seçilmiş 36 dinamik və istedadlı gənc Bankın müxtəlif struktur bölmələrində biznes proseslərinə qoşuldu. Onlar təcrübəli mentorların dəstəyi ilə real layihələrdə yer aldılar, yeni ideyalar təklif etdilər və gündəlik iş mühitini yaxından tanıdılar. Proqram gənclərə liderlik, analitik düşüncə və komanda işi kimi vacib bacarıqlarını inkişaf etdirməyə imkan yaratdı.
Proqramın məzun günündə gənclər üçün "CV hazırlanması", "Müsahibə bacarıqları" və "Müsahibədə davranış qaydaları" mövzularında xüsusi praktiki təlim təşkil olundu. Təlimin ardınca fərqli komandalara ayrılan gənclər interaktiv oyunda öz bacarıqlarını göstərdilər. Günün sonunda isə hər bir iştirakçıya sertifikatları təqdim edildi.
Sevindirici məqam isə odur ki, öz potensialı və parlaq ideyaları ilə fərqlənən proqram iştirakçıları artıq Yelo komandasının üzvünə çevrilərək karyera yoluna davam edirlər.
Yelo Bank gənclərin inkişafına dəstək olmaq üçün yeni imkanlar yaratmağa davam edəcək.
Bank xidmətləri, eləcə də nağd kredit ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram, Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!







/ azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür