Yelo Bank rəqəmsal konseptli növbəti filialını təqdim etdi - FOTOLAR
Müştərilərinə daha sürətli və rahat xidmət təqdim etmək məqsədilə Yelo Bank daha bir rəqəmsal filialını istifadəyə verib. Sarayevo küçəsi, 33b (Əhmədli m/s-ın yaxınlığı) ünvanında yerləşən yeni filial, parlaq interyeri və müasir bankçılıq həlləri ilə müştərilərin xidmətindədir.
Bankın bir çox xidmət mərkəzi kimi Əhmədli filialı da rəqəmsal konseptlidir. Ənənəvi bank filiallarından əsas üstünlüyü müştərilərə zaman qazandırması və yüksək rahatlıq təmin etməsidir. Burada müştərilər kart alışı, kreditin təsdiqlənməsi, əmanət hesabı açılması kimi əsas bank əməliyyatlarını tamamilə onlayn və çevik həyata keçirə bilərlər.
Bank-ın İdarə Heyətinin sədr müavini Günay Cəlilova yeni filial barədə öz fikirlərini səsləndirib: "Yelo Bank olaraq əsas hədəfimiz bank xidmətlərini hər kəs üçün daha əlçatan və rahat etməkdir. Rəqəmsal filial konseptimiz də bizə daha sürətli, ağıllı və inklüziv maliyyə xidmətləri təqdim etməyə imkan verir.
Əsas məhsullarımızı rəqəmsallaşdırmaqla bərabər, filialdakı xidmətləri də optimallaşdıraraq, daha sürətli və minimum kağız istifadə edilən formaya gətiririk. Hər iki istiqamət bir-biri ilə sıx bağlıdır və müştəri məmnuniyyətinin artırılmasında mühüm rol oynayır. Kredit, kart və əmanət hesabı açmaq kimi əsas xidmətlər tamamilə onlayn – "end-to-end" şəkildə təqdim olunur. Digər rəqəmsal filiallarımız kimi Əhmədli filialı da əhalinin gündəlik ehtiyaclarına uyğun fəaliyyət göstərməklə bərabər, rəqəmsal vərdişlərin inkişafına töhfə verəcək".
Bununla yanaşı, Yelo Bank artıq ölkənin bir neçə regionunda eyni konseptli müasir xidmət məntəqələrini istifadəyə verib. Ağcabədi, Xaçmaz, Qəbələ, Masallı, Tovuz və Şamaxı kimi regionlarda da müştərilərin rəqəmsal bankçılıq xidmətlərindən faydalanması mümkündür. Hazırda Yelo Bank paytaxt və regionlarda 22 xidmət məntəqəsi ilə fəaliyyət göstərir.
Bank xidmətləri, o cümlədənmikro kredit haqda əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!




/ azxeber.com
Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır