"Yelo Bank"da nə baş verir? - 500 milyon depozit geri çəkildi

"Yelo Bank" ASC 2024-cü ilin I rübünün maliyyə hesabatını açıqlayıb.
KONKRET.az xəbər verir ki, cari ilin I rübündə bankın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.4 dəfə artaraq 14 milyon 125 min manata yüksəlib. Ötən ilin I rübündə bank 4 milyon 123 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın xalis faiz gəlirləri 79% artaraq 27 milyon manata, qeyri-faiz gəlirləri 6.6 dəfə artaraq 15 milyon manata çatıb. Bu dövrdə bankın əməliyyat mənfəəti 15 milyon 479 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 dəfə çoxdur.
2024-cü ilin birinci rübündə "Yelo Bank" 28% kiçilib. Belə ki, cari ilin aprel ayının 1-nə bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 27.8% və ya 435.6 milyon manat azalaraq 1 milyard 130.8 milyon manata bərabər olub. Bankın aktivlərinin 71%-ni (802.5 milyon manat) müştərilərə verilmiş kreditlər təşkil edir.
Cari ilin üç ayı ərzində hüquqi şəxslər (şirkətlər) 500 milyondan çox depoziti bankdan geri götürüblər. Belə ki, hüquqi şəxslərin depozitləri ilin əvvəlindən 3,4 dəfə və ya 506.8 milyon manat azalaraq 213,7 milyon manat olub.
Bankın ümumi depozit portfeli isə ilin əvvəlindən 35.2% və ya 454.8 milyon manat azalaraq 837 milyon 248 min manat təşkil edib. Bankın depozitlərinin kəskin azalması nəticəsində təşkilatın nağd pul vəsaitləri 3 dəfə azalıb. Beləliklə bankın nağd pul vəsaitləri 3 dəfə və ya 455.3 milyon manat azalaraq 231.9 milyon manata enib.
2024-cü ilin aprel ayının 1-nə "Yelo Bank"ın öhdəlikləri ilin əvvəlinə nisbətən 30.7% azalaraq 1 milyard manata, cəmi kapitalı isə 14.5% artaraq 113.4 milyon manata bərabər olub. (Yeni Sabah)

Sosial       Tarix: 16 aprel 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbərlər.com xeberler az valyuta mezennesi banklar xəbər az