Yem məhsulları ilə bağlı YENİLİK

Yem məhsulları ilə bağlı YENİLİKYeni növ qida məhsullarının, qida əlavələrinin, yem əlavələrinin qeydiyyata alınması, qeydiyyata alınmış məhsulların qeydiyyatının dayandırılması, bərpa edilməsi qaydaları təsdiq edilib.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, qərarda yeni növ qida məhsullarının, genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsullarının, qida əlavələrinin, yem əlavələrinin, bioloji aktiv qida məhsullarının və təbii mineral suların qeydiyyata alınması, qeydiyyata alınmış məhsulların qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi qaydalarının və qeydiyyatının qüvvədəolma müddətinin müəyyən edilməsi nəzərdə tutulur.
Qərarın qəbul edilməsi ilə məhsulların Azərbaycan Respublikasının ərazisində istehsalı, emalı və dövriyyəyə buraxılmasından əvvəl onların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsinə, təhlükəsizliyinin və minimum keyfiyyətinin həmçinin etiketlənmə və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunun müəyyən edilməsinə imkan yaranacaq.
Bu Qərarla təsdiq edilən siyahı ilə müəyyən olunan yem üçün istifadəsi nəzərdə tutulan GMO, habelə yalnız GMO-dan ibarət olan və ya tərkibində GMO olan və ya tərkibində GMO-dan əldə edilmiş məhsul olan yem məhsulları genetik modifikasiya növü nəzərə alınmaqla qeydiyyata alınır.
GMO və yem məhsullarının qeydiyyatının aparılması məqsədilə həmin məhsul barəsində mövcud olan elmi məlumatlar əsasında risk qiymətləndirilməsi aparılmalıdır. Yem üçün istifadəsi nəzərdə tutulan GMO və GMO-lu yem məhsullarının qeydiyyatı ilə bağlı təqdim edilən ərizədə aşağıdakı məlumatlar qeyd olunmalıdır:
- "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunla ilə müəyyən edilmiş məlumatlar;
- məhsulun adı;
- idxal edilən məhsulun xarici ölkədə verilmiş unikal identifikatoru;
- mənşə ölkəsi;
- istehsal və ya emal edildiyi qida obyektinin adı və ünvanı.
Ərizəyə aşağıdakı sənədlər və məlumatlar əlavə edilir:
- təyinatına və xüsusiyyətinə dair məlumat;
- genetik modifikasiya növünə dair məlumat;
- istifadə şərtləri;
- saxlanma şəraiti və yararlılıq müddəti;
- idxal edilən məhsula münasibətdə mənşə sertifikatı və səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş təhlükəsizliyini təsdiq edən sənəd;
- genetik modifikasiya növünü identifikasiya etməyə imkan verən tədqiq (sınaq) metodları.
Yem üçün istifadəsi nəzərdə tutulan GMO və GMO-lu yem məhsullarının unikal identifikatoru ilə bağlı dəyişiklik baş verdikdə həmin məhsulların qeydiyyatı yenidən rəsmiləşdirilməlidir.
Yem üçün istifadəsi nəzərdə tutulan GMO və GMO-lu yem məhsullarının qeydiyyat müddəti 10 (on) ildir.
Qeydiyyatının qüvvədəolma müddəti bitmiş yem üçün istifadəsi nəzərdə tutulan GMO və GMO-lu yem məhsulları üçün nəzərdə tutulmuş yararlılıq müddəti bitdikdən sonra məhsul barədə məlumat Reyestrdən çıxarılır.
Qeydiyyatının qüvvədəolma müddəti bitmiş yem üçün istifadəsi nəzərdə tutulan GMO və GMO-lu yem məhsullarının qeydiyyatının qüvvədə olduğu müddət ərzində istehsal olunmuş, emal edilmiş və ya idxal edilərək dövriyyəyə buraxılmış yem üçün istifadəsi nəzərdə tutulan GMO və GMO-lu yem məhsullarının həmin müddət bitdikdən sonrakı dövr ərzində də yararlılıq müddəti nəzərə alınmaqla dövriyyəsinə (idxalı istisna olmaqla) yol verilir. / azxeber.com

Sosial       Tarix: 17 mart 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeberler xeber az cəbhədən görüntülər sou xeberler