Yeni Baş nazirlə bağlı MARAQLI FAKTLAR: bu məşhur mahnının müəllifi imiş - FOTO/VİDEO

Yeni Baş nazirlə bağlı MARAQLI FAKTLAR: bu məşhur mahnının müəllifi imiş - FOTO/VİDEO2 gün əvvəl Rusiya Prezidenti Vladimir Putin Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin Baş nazir vəzifəsinə namizədliyini irəli sürdü.
xəbər verir ki, Kremlin mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısı Mişustinlə işgüzar görüş keçirdi və Dmitri Medvedev hökumətin tam tərkibdə istefa edəcəyini elan etdikdən sonra onu bu vəzifəyə gəlməyə dəvət etdi. Dövlət Duması Mişustinin namizədliyini təsdiq etdi və Putin gecə saatlarında Baş nazir haqqında qərar imzalamaqla 2024-cü il seçkiləri ilə bağlı planları çərçivəsində ilk böyük addımını atmış oldu.
Yeni Baş nazirlə bağlı MARAQLI FAKTLAR: bu məşhur mahnının müəllifi imiş - FOTO/VİDEOMixail Mişustin kimdir?
Rusiyada Federal Vergi Xidməti məlumat sisteminin formalaşması Mişustinin adı ilə bağlıdır. Xüsusilə onun iştirakı ilə Federal Vergi Xidmətinin müasir veb-saytı yaradılıb. 1990-cı illərin əvvəllərindən başlayaraq ölkəyə yeni qabaqcıl informasiya texnologiyalarının cəlb edilməsi və yayılmasında fəal iştirak edib.
Federal Vergi Xidmətində işləyən Mişustin elektron rəqəmsal imza haqqında qanun hazırlayanlardan biri olub. Eyni zamanda "vahid pəncərə" sistemi və vergi təqdimetmə texnologiyasını həyata keçirib.
Mixail Vladimiroviç Mişustin 3 mart 1966-cı ildə Moskvada anadan olub. Onun erməni əsilli olduğu deyilsə də, internet resurslarında bununla bağlı heç bir məlumata rast gəlinmir.
1989-cu ildə Moskva Maşınqayırma İnstitutunun "Avtomatik Dizayn Sistemləri" ixtisası üzrə bakalavr pilləsini (indiki Moskva Dövlət Texniki Universiteti "STANKIN"), 1992-ci ildə isə aspiranturasını bitirib.
Yeni Baş nazirlə bağlı MARAQLI FAKTLAR: bu məşhur mahnının müəllifi imiş - FOTO/VİDEOElə həmin il Mişustinin məqsədi "Rusiyaya xarici kompüter texnologiyalarının inteqrasiyası, daha doğrusu Qərbin qabaqcıl informasiya texnologiyalarının cəlb edilməsi" olan Beynəlxalq Kompüter Klubunda işə başlayıb. Burada karyerası sürətlə yüksəlib. 1995-1996-cı illərdə Beynəlxalq Kompüter Klubunun Baş direktorunun müavini olub. 1998-ci ildə isə həmin klubun İdarə Heyətinin sədri vəzifəsinə yüksəlib.
1998-ci ilin avqustunda Mişustin Rusiya Federal Vergi Xidməti rəhbərinin müavini təyin edilib.
2003-cü ildə Rusiya İqtisadiyyat Akademiyasında namizədlik dissertasiyasını müdafiə edib. G.V. Plexanov "Rusiyada dövlət vergi inzibatçılığı mexanizmi" mövzusunda iqtisad elmləri namizədi dərəcəsi almaq üçün, 2010-cu ildə Rusiya Federasiyası Hökuməti yanında Xalq Təsərrüfatı Akademiyasında - "Rusiyada əmlak vergisinin formalaşdırılması strategiyası" mövzusunda iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. İqtisad elmləri doktoru dərəcəsi var.
1999-cu ildən 2004-cü ilə qədər Federal Vergi Xidmətinin rəhbər müavini olub. 2006-cı ilə qədər Daşınmaz Əmlakın Kadastrı Agentliyinə rəhbərlik edib.
2007-2008-ci illərdə Mişustin Xüsusi İqtisadi Zonaların İdarə edilməsi üzrə Federal Agentliyə rəhbərlik edib.
Yeni Baş nazirlə bağlı MARAQLI FAKTLAR: bu məşhur mahnının müəllifi imiş - FOTO/VİDEO2008-ci ildə könüllü olaraq dövlət qulluğundan ayrılaraq şəxsi biznesə başlamaq qərarına gəlir. "UFG Capital Partners" investisiya şirkətinə rəhbərlik edib, eyni zamanda "UFG Asset Management" şirkətlər qrupunun idarəedici tərəfdaşı olub. O, bölgələrdəki sahibkarlıq fondu, daşınmaz əmlak fondları, habelə biznesin inkişafı üçün layihələrə nəzarət edib.
6 aprel 2010-cu il tarixində dövlət qulluğuna qayıdıb, Federal Vergi Xidmətinin rəhbəri vəsifəsinə gətirilib.
Mişustin dövlət vergi inzibatçılığı ilə bağlı bir sıra monoqrafiyalar yazıb. Əmlak vergisi inzibatçılığının informasiya texnologiyaları əsaslarını izah edən əsərlərin müəllifidir.
Mişustinin IV dərəcəli "Vətənə xidmətə görə" və "Şərəf" ordeni dövlət mükafatları var.
Hobbiləri
Baş nazirin əsas hobbisi xokkeydir. O, uşaqlıqdan bəri xokkeyi sevir və Vladimir Putinin yaratdığı həvəskar idman təşkilatı olan Gecə Xokkey Liqasında oynayır. Mişustin üçün bu idman növü o qədər ciddi məna daşıyır ki, o, hətta Rusiya Xokkey Federasiyasının idarə heyətinə üzv də olub.
Yeni Baş nazirlə bağlı MARAQLI FAKTLAR: bu məşhur mahnının müəllifi imiş - FOTO/VİDEOMişustinin başqa bir hobbisi isə musiqidir. Pianoda ifa etdiyi və hətta bəzi məlumatlara görə, Qriqori Leps üçün musiqi yazdığı da məlumdur. "Əsl qadın" və "Kül" mahnılarının musiqisinin müəllifidir.

Mixail evlidir, 3 oğlu var. Həyat yoldaşı Vladlena ondan on yaş kiçikdir - 2 yanvar 1976-cı ildə doğulub. Beynəlxalq Kompüter Klubunun həmtəsisçisi olub (klub 2016-cı ildə fəaliyyətini dayandırıb). Hazırda hansı işlə məşğul olduğu açıqlanmasa da, onun sərvətinin Mişustinin varidatından qat-qat çox olduğu bəyan edilir.
2016-cı ildə "Forbes" jurnalı onu Rusiya rəsmilərinin ən varlı həyat yoldaşları siyahısına daxil edib. Bunun üçün 2014-cü il üzrə gəlir hesabatları təhlil edilib. Nəşrin məlumatına görə, onun həmin il qazancı 160 milyon rubldan çox olub. Mediada yayılan məlumatlara görə, Mişustina həyat yoldaşının bir neçə il əvvəl rəhbərlik etdiyi UFG qrupunun fond strukturlarından birində çalışıb.
Yeni Baş nazirlə bağlı MARAQLI FAKTLAR: bu məşhur mahnının müəllifi imiş - FOTO/VİDEOÜmumilikdə, son on ildə cütlük bir milyard rubldan çox gəlir əldə edib.
Zümrüd

Dünya       Tarix: 17 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Çin imkansızı bacardı

Üçüncü Dünya müharibəsinə səbəb olacağı ehtimal edilən ABŞ, Rusiya və Çin arasında silahlanma yarışının sürətlənməsi gərginliyi artırır. Ağ Ev Pekinin son aylarda Pentaqonu şoka salan hərbi sınaqlarından sonra hərəkətə keçdi

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd


yeni xeberler son xeberler azerbaycan xeberleri havanın temperaturu ən son xəbərlər hava proqnozu son xeber.az