Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR – Ekspertdən XƏBƏRDARLIQ
Yeni il bayramına sayılı həftələr qalmış istehlak bazarında qiymətlərin necə dəyişəcəyi yenidən gündəmə gəlib. Xüsusilə bayram süfrələrinin əsasını təşkil edən ət və ət məhsulları, meyvə-tərəvəz, şirniyyat, çərəz və digər ərzaq məhsullarının bahalaşacağı ilə bağlı ehtimallar istehlakçıları düşündürür. Bəs qarşıdakı həftələrdə hansı məhsulların qiymətində artım gözlənilir? Bayram alış-verişi vətəndaşların büdcəsinə necə təsir edəcək?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, Yeni il ərəfəsində bir sıra ərzaq məhsullarının bahalaşması ehtimalı yüksəkdir.
Ekspertin sözlərinə görə, qiymət artımına təsir göstərən əsas amillər bayram günlərində tələbatın yüksəlməsi, bazarın təchizat imkanları, idxaldan asılılıq və logistika xərcləridir:
"Yeni il bayramının yaxınlaşması ilə əlaqədar istehlak bazarında qiymət artımı ehtimalı mövcuddur. Xüsusilə ət və ət məhsulları, meyvə-tərəvəz, süd məhsulları, şirniyyatlar, çərəzlər və bayram süfrəsi üçün tələb olunan digər ərzaq məhsullarında müəyyən bahalaşma müşahidə oluna bilər. Bunun əsas səbəblərindən biri bayram ərəfəsində həmin məhsullara tələbatın əhəmiyyətli dərəcədə artmasıdır".
Günay Hüseynova qeyd edib ki, ət bazarında qiymətlərin dəyişməsi bir neçə mühüm amildən asılı olacaq.
"Ət və ət məhsullarının qiymətinə istehsal xərcləri, yem bazarındakı vəziyyət və mövsümi tələbat birbaşa təsir göstərir. Bayram günlərində istehlakın artması qiymətlərə əlavə təzyiq yarada bilər. Meyvə-tərəvəz məhsullarında isə vəziyyət bir qədər fərqlidir. Burada mövsümi amillər, istixana məhsullarının istehsal xərcləri, saxlanma və daşınma xərcləri əsas rol oynayır. Xüsusilə mövsümdənkənar məhsulların qiymətində artım ehtimalı daha yüksəkdir".
İqtisadçı vurğulayıb ki, bayram süfrələrinin ayrılmaz hissəsi olan şirniyyat və qənnadı məhsullarında da qiymət dəyişiklikləri istisna edilmir:
"Şirniyyatların qiymətinə xammal, qablaşdırma və idxal xərcləri təsir göstərir. Bayram ərəfəsində bu məhsullara tələbatın yüksəlməsi qiymət artımı riskini daha da gücləndirə bilər. Eyni zamanda, xaricdən gətirilən ərzaq məhsullarının qiyməti beynəlxalq bazarlardakı dəyişikliklərdən və logistika xərclərindən asılıdır".
Ekspert bildirib ki, bütün ərzaq məhsullarının eyni səviyyədə bahalaşacağını düşünmək doğru deyil.
"Qiymət artımının miqyası bazarda məhsul bolluğundan, təchizat imkanlarından və rəqabət mühitindən asılı olacaq. Bəzi məhsullarda qiymətlər sabit qala, digərlərində isə müəyyən artımlar qeydə alına bilər. Əsas bahalaşmanın tələbatı yüksək olan, mövsümi təchizatı məhdud və idxaldan asılı məhsullarda cəmləşməsi mümkündür".
Günay Hüseynova əlavə edib ki, bayram ərəfəsində qiymət sabitliyinin qorunması üçün bazarın kifayət qədər məhsulla təmin edilməsi mühüm əhəmiyyət daşıyır.
"Yerli istehsalın dəstəklənməsi, təchizat imkanlarının genişləndirilməsi və süni qiymət artımlarının qarşısının alınması vacibdir. Bu istiqamətdə görülən tədbirlər bazarda qiymət sabitliyinin qorunmasına və istehlakçıların əlavə maliyyə yükü ilə üzləşməməsinə kömək edə bilər".
Beləliklə, ekspertin açıqlamasından aydın olur ki, Yeni il ərəfəsində xüsusilə ət və ət məhsulları, mövsümi meyvə-tərəvəz, şirniyyat və çərəzlərin qiymətində artım riski mövcuddur. Lakin bahalaşmanın konkret hansı həddə olacağı bazardakı tələb-təklif balansından asılı olacaq.
Aynurə İsmayıl
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi
İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu
38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi
Paşinyan: TRIPP layihəsinin icrasına bu tarixdə başlanılacaq
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib
Harri Keyn əməliyyat olundu - Foto
İranda zəlzələ oldu: Naxçıvanda hiss edildi
Vyetnamın 2020-ci ildəki dəstəyinə görə minnətdarıq - İlham Əliyev
Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər
İlham Əliyev Livan prezidentini təbrik etdi
Zaxarova: BMT-də islahatlar təşkilatın bütün sahələrini əhatə etməlidir
"Neftçi" liderliyə yüksəldi - "Qarabağ" "Kəpəz"ə qarşı
Azərbaycanda beşinci sinif şagirdi vəfat etdi
Gürcüstanda surroqat analıq qadağan edilir