Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilibStrateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan və Vyetnam arasındakı əməkdaşlıq yeni sahələrdə iş birliyini özündə ehtiva edir.
azxeber.com xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnama rəsmi səfəri zamanı qəbul olunmuş "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş Katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı"nda öz əksini tapıb.
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilibBəyanatda strateji tərəfdaşlıq üzrə əsas istiqamətlərə xam neft və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünə dair uzunmüddətli müqavilələrin bağlanması, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu istiqamətində əlaqələrin inkişaf etdirilməsi və birbaşa aviareyslərin açılmasının təşviqi daxil edilib.
Hər iki dövlət neft-qaz sənayesində münasibətləri dərinləşdirmək, enerji məhsullarının tədarükü istiqamətində birgə fəaliyyəti artırmaq və uzunmüddətli təchizat müqavilələri imzalamaq niyyətindədirlər. Birgə sənəddə həmçinin ticarət və yatırım münasibətlərinin stimullaşdırılması, qarşılıqlı iqtisadi mexanizmlərin effektivliyinin yüksəldilməsi, eləcə də mədən sənayesi və alüminium istehsalı sahələrində əlaqələrin böyüdülməsi nəzərdə tutulur.
Aqrar sektor, meşə və balıqçılıq məhsullarının xarici bazarlara çıxışının asanlaşdırılması və kənd təsərrüfatı sahəsində müasir texnologiyalardan istifadənin dəstəklənməsi planlaşdırılır. Bundan əlavə, iqlim dəyişmələri, ekologiyanın qorunması və yaşıl inkişaf sahələrində ortaq proqramların icrası tərəflər üçün mühüm vəzifə olaraq vurğulanıb.
İki ölkə arasında sözügedən sahələrdə əməkdaşlıq həm Azərbaycanın, həm də Vyetnamın dünyada artan rolunun nəticəsi kimi dəyərləndirilməlidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev vyetnamlı həmkarı To Lam ilə geniş tərkibdə görüşü zamanı bu məsələyə xüsusilə toxunub.
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib"Vyetnam indi çox önəmli beynəlxalq aktordur və təkcə regionunuzda deyil, qlobal miqyasda önəmli rol oynayır.
Sizin sürətli sosial və iqtisadi inkişafınız bütün dünyaya məlumdur. Ölkənizdəki çox yaxşı investisiya mühiti dünyanın müxtəlif yerlərindən olan bir çox şirkətlər üçün çox cəlbedicidir", - İlham Əliyev vurğulayıb.
Rəsmi Bakı və Hanoy dəmir yolu, avtomobil, hava və dəniz nəqliyyatı üzrə təcrübə mübadiləsi aparmağı və Trans-Xəzər marşrutundan istifadə etməklə əməkdaşlığı fəal təşviq etməyi nəzərdə tutur. Birbaşa uçuşların təşkilinin təşviqi ticarət dövriyyəsini, turizm axınını və insanlararası əlaqələri artırmağa yönəlib. Təhsil və mədəniyyət üzrə gündəliyə qarşılıqlı tələbə təqaüdləri, birgə tədqiqat layihələri, davamlı akademik mübadilə və qarşılıqlı mədəniyyət günləri daxildir.
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilibBu mənada, To Lamın ölkələr arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ilə bağlı Azərbaycan lideri ilə görüşdə söylədikləri gələcək əlaqələrin istiqamətini müəyyənləşdirmə baxımından önəmlidir.
"2025-ci ilin mayında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ikitərəfli əlaqələrimizdə yeni səhifə açan tarixi mərhələdir. Hər iki ölkə qarşısında bütün səviyyələrdə və bütün sahələrdə duran mühüm vəzifə əməkdaşlığımızın məzmununu şaxələndirərək, onu konkret proqramlara, layihələrə və nailiyyətlərə çevirərək xalqlarımıza əhəmiyyətli faydalar qazandırmaqdır", - Vyetnam Prezidenti deyib.
Qəbul edilmiş bəyanatda ali səviyyəli qarşılıqlı səfərlərin intensivliyinin qorunması, parlamentlərarası əlaqələrin genişləndirilməsi və aidiyyəti dövlət qurumları çərçivəsində yeni fəaliyyət mexanizmlərinin təşkili imkanlarının öyrənilməsi də yer alıb. Həmçinin tərəflər müdafiə sahəsində tərəfdaşlığı irəlilətmək, transmilli cinayətkarlıq, insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi və kibercinayətkarlıqla mübarizədə hüquq-mühafizə orqanlarının əlaqələndirilməsini gücləndirmək niyyətindədirlər.
Azərbaycan və Vyetnam Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) platformalarında koordinasiyanı gücləndirməyi və bir-birinə dəstək verməyi qərara alıblar. Sənəddə əlavə olaraq Azərbaycanın ASEAN təşkilatı və ona üzv olan ölkələrlə münasibətlərinin genişləndirilməsinə diqqət çəkilib.
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib"Bu il AQEM Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Sizi bir daha təbrik edirəm. Ümidvaram ki, bugünkü ikitərəfli danışıqlarımız zamanı gələcəkdə razılaşmaların həyata keçirilməsini davam etdirmək, bütün istiqamətlər üzrə əməkdaşlığı daha da inkişaf etdirmək vasitələri və yolları barədə açıq müzakirələr aparacağıq", - To Lam çoxtərəfli beynəlxalq əməkdaşlıq baradə deyib.
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilibAzərbaycan Prezidenti isə Vyetnam ilə beynəlxalq əlaqələrin əhəmiyyətini vurğulayıb:
"Əməkdaşlığımız bir çox sahələri əhatə edir və biz beynəlxalq aləmdə güclü qarşılıqlı əlaqəyə malik olduğumuz üçün çox şadıq. AQEM Zirvə Görüşündə yüksəksəviyyəli iştirakınız üçün Sizə minnətdarıq".
Qeyd edək ki, iki dövlət arasında diplomatik əlaqələrin əsası 1992-ci ildə qoyulub. Ölkə rəhbərləri 2025-ci ilin 7 may tarixində qəbul olunmuş strateji tərəfdaşlığa dair birgə bəyanatın əsas prinsiplərinə sadiq qaldıqlarını yenidən təsdiqləyiblər. İmzalanan sənəddə beynəlxalq hüquq normalarına, ərazi bütövlüyü və suverenliyə hörmət qarşılıqlı münasibətlərin təməli kimi xüsusi vurğulanır.

Siyasi       Tarix: 22 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Trampdan İran açıqlaması: Yanvarın 1-dən sonra

Qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra onlar (İran-red) nə olacağını görəcəklər. xəbər verir ki, bunu "Foks Nyus" telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barəd

Bakı və İrəvan arasında münasibətlər... – Zaxarova

Tərəflərin müraciəti olacağı təqdirdə, Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək göstərməyə hazırdır. KONKRET.azxəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarov

Prezident: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir

Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir. Bu sözləri Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsini

Trampdan İrana xəbərdarlıq: Çox ciddi yanaşırıq

Hər hansı bir hücum olacağı təqdirdə, İran heç bir ölkənin indiyədək ödəmədiyi qədər ağır bədəl ödəyəcək. KONKET.azxəbər verir ki, Tramp bu barədə Filippinin paytaxtı Manilada ASEAN sammiti çərçivəsində jurnalistlərin sualların

Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. Söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentini

İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qonaq, ilk növbədə, Almaniya Federati

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gəlib. azərtac-a istinadən xəbər verir ki, Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısını

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Vyetnam mediası Prezident İlham Əliyevin Hanoya noyabrın 19-da başlayan səfərinə böyük diqqət ayırıb. xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasını

Ermənilərə pasport paylanır – Üzərində doğum yeri Azərbaycan…

Ermənistanda noyabrın 1-dən tətbiq edilən yeni biometrik pasportların verilməsi proseduru Qarabağdan köçən ermənilərin narazılığına səbəb olub.                                                        . xəbər verir ki, Qarabağ


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan son xeber 2026 son xeberler bugun kriminal bugun