Yeni ildə qiymətlər yenidən artacaq - SƏBƏB

Yeni ildə qiymətlər yenidən artacaq - SƏBƏB"Burada iki məsələ var: kommunal, strateji məhsullar, çörək, yanacaq, sərnişindaşıma, dərman preparatlarının və s. qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənir. Orada da qiymətlərin qalxması, yaxud enməsini müzakirəyə çıxarırlar, ondan sonra isə qərar verirlər ki, filan qiymətdə olsun. Amma biz bu günə kimi hansısa məhsulun ucuzlaşdırılması haqqında qərar görməmişik, hər zaman bahalaşmanın şahidi olmuşuq".
azxeber.com xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimli deyib.
İqtisadçı Yeni il ərəfəsində qiymətlərin qalxmasıyla əlaqəli səslənən fikirlərə münasibət bildirib:
"Məsələn, sərnişindaşıma ilə bağlı müraciət olunub. Çünki daşıyıcı şirkətlər artıq öz borcunu-xərcini ödəyə bilmirlər. Qiymət formalaşması isə bir qaydadır. İnsanlar hər zaman düşünürlər ki, süni bahalaşma baş verir, xeyr, süni bahalaşma baş vermir.
Yeni ildə qiymətlər yenidən artacaq - SƏBƏBDigər məsələlərin fonunda, yəni qiymət əmələgəlmə prosesini tənzimləyən mexanizmlər var. Bəs qiymət əmələgəlmə necə baş verir? Hər hansı bir məhsulun ərsəyə gətirilməsi üçün istifadə etdiyin xammal, vergilər, nəqliyyat xərcləri, işçilik, administrativ xərclər, vergi xərcləri toplanılır və müəyyən bir hissə üzərinə mənfəət qoyulur. Beləliklə də, qiymət əmələgəlmə prosesi bu qaydada baş verir".
Onun sözlərinə görə, hazırkı vəziyyətdə daxili və xarici faktorlar ucbatından məhsullar bahalaşır:
"Məsələn, hansısa xammalın xaricdən Azərbaycana gətirilməsi bahalaşıb deyə bu, təbii ki, qiymətə öz təsirini göstərəcək. Ötən il ərzində Azərbaycanda yanacağın qiyməti 2 dəfə artdı. Təbii ki, bu, daşınmada qiymətlərə təsiri göstərəcək, çünki maya dəyəri artıb. Habelə inşaat materiallarının qiyməti artdığına görə tikinti sektorunda mənzillərin qiyməti artacaq. Bu da təbiidir. Yaxud, avtomobil ehtiyat hissələrinin, yanacağın və digər amillərin qiyməti artıbsa, bunlar da artıq sərnişindaşımanın əsas elementlərindən biridir".
"Keçən il minimal əməkhaqqı 250 manat idi, bu il oldu 300 manat. Əgər hazırkı maaşlar həmin o minimal əməkhaqqı olan 300 manatın fonunda tənzimlənirsə, deməli, əməkhaqqı fondu da artdı. Bunların hər biri isə maya dəyərinin şişməsinə gətirib çıxarır və qiymətin bahalaşması ilə nəticələnir", - ekspert qiymət artımından söz açarkən deyib.
"Yeni il ərzində də belə bir tendensiya var: konkret olaraq məhsullara tələbat artdığına görə qiymət artımları daim olur. Bu, Azərbaycanda yazılmamış qanundur və hər hansı bir başqa bir mexanizm tətbiq olunmur ki, orada qiymətlərin azaldılması, yaxud tənzimlənməsi həyata keçirilsin. Yeni il ərəfəsində də bu kimi məsələləri hər zaman müşahidə etmişik. Qısası, qida məhsullarında qiymətin artması gözlənilir", - deyə A.İbrahimli fikrini yekunlaşdırıb.

Sosial       Tarix: 20 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxəbər son xeberler azerbaycan sou biznes son xeberler bugun