Yeni ilin baha tətili: Qiymətlər niyə "əl yandırır"?

Yeni ilin baha tətili: Qiymətlər niyə Yeni ilin baha tətili: Qiymətlər niyə "əl yandırır"?
Ekspertlər deyir ki, insanlar beşulduzlu standartlara uyğun yerə getmək istəyirlərsə, qış turizm mərkəzlərinə üz tuta bilərlər. Amma daha az büdcə ilə istirahət etmək üçün də alternativ variantlar tapa bilərlər.
Yeni il tətilini bir çox insanlar evdə keçirir, bəziləri isə istirahət mərkəzlərinə və ya xarici ölkələrə üz tutur. Ölkəmizdə də geniş turizm imkanları mövcuddur. Amma iki ildir davam edən pandemiya turizm sektoruna da təsirsiz ötüşməyib. Pandemiya ilə əlaqədar hava yolları bağlı olduğu üçün nə lazımi qədər turist qəbul edə bilirik, nə də xaricə səfər edirik. Ancaq bəzi məhdudiyyətlərin aradan qalxması insanları ümidləndirir.
Bu barədə "Kaspi" qəzeti məqalə dərc edib. 
Turizm eksperti Ramin Zamanov deyir ki, pandemiya ilə əlaqədar məhdudiyyətlər qismən yumşaldıldığı üçün bu qış ölkəmizə turistlər gələcək:
"Qış aylarında ölkəmizə turistlərin gəlməsi gözlənilir. Çünki bəzi ölkələrin vətəndaşları üçün məhdudiyyət aradan qalxıb. Həm Avropa, həm də Ərəb ölkələri vətəndaşlarının səfər etməsi gözləniləndir. Pandemiya olsa da, turistlər gələcək. Azərbaycanın qış turizmi ilə bağlı böyük potensial imkanları - Şahdağ, Tufandağ kimi qış-yay istirahət mərkəzləri var".
R.Zamanov bildirir ki, istirahət mərkəzlərinin qiymətlərində xüsusi artım mövcud deyil:
"Pandemiya ilə əlaqədar qiymətlərdə artım yox, endirimlər müşahidə olunur. Mövsümi olaraq Yeni illə bağlı müəyyən rayonlarda, hotellərdə qiymətlər stabil qalsa da, ümumi baxışda endirimlər daha çoxdur".
R.Zamanovun sözlərinə görə, ölkə vətəndaşlarından da xarici ölkələrdə bayram keçirməyə gedənlər olacaq:
"Ölkəmizdən Türkiyəyə və vətəndaşlarımıza məhdudiyyət tətbiq etməyən digər ölkələrə səyahət edənlər olacaq. Xüsusilə Birləşmiş Ərəb Əmirliklərində də hava isti olduğuna görə oraya qış mövsümündə gedənlərin sayı daha çox olur".
Turizm üzrə ekspert Ceyhun Aşurov deyir ki, pandemiya davam etsə də, keçən ilə nisbətən bu il sərhədlərdə artıq mərhələli şəkildə sərbəstlik qeydə alınmaqdadır:
"Əvvəllər sərhədlər tam şəkildə bağlı idisə, artıq bəzi ölkələrlə hava əlaqələri qurulub və birbaşa reyslər mövcuddur. Turistlər hava sərhədi ilə Azərbaycana gələ bilirlər. Keçən illə müqayisədə bu, yaxşı haldır. Qarşıdan qış, qar mövsümü gəlir. Bu da qış turizm elementlərini aktivləşdirir".
C.Aşurov bildirir ki, əsl qışı yaşamaq istəyən həm əcnəbi turistlər, həm də yerli vətəndaşlarımız rayonlara üz tuturlar:
"Həm təbiət qoynunda istirahət edə, həm də xizəklə sürüşmə kimi aktiv idman növlərindən də faydalana bilərlər. Bu il də qeyri-iş günləri, həftə sonları insanlar rayonlara səfərlər edəcəklər. Xüsusən də böyük komplekslərə - Şahdağ, Tufandağ yay-qış turizm mərkəzlərinə axın olacaq. Bu yaxınlarda Naxçıvanda yerləşən Ağbulaq istirahət mərkəzində qış turizmi imkanları artırılıb, kanatlar qurulub, xizək sürmək üçün süni qar aparatları quraşdırılıb".
C.Aşurovun sözlərinə görə, bu ili 2019-cu illə müqayisə edə bilmərik:
"Çünki həmin dövrdə statistika artan istiqamətdə idi və ciddi artımlar qeydə alınırdı. Xüsusən xaricdən Azərbaycana 3 milyondan çox xarici vətəndaş gəlmişdi. Nəzərə alaq ki, həmin dövrdə xeyli Azərbaycan vətəndaşı da xaricə üz tutmuşdu. Qiymətlər də əvvəlki dövrlərə nisbətən elə də ucuz deyil".
C.Aşurov deyir ki, qiymətlər bəzi günlər aşağı, bəzi günlər isə yuxarı olur:
"Qiymətlərin tənzimlənməsi bazar qaydalarına əsasən tələb və təkliflə müəyyən olunur. Xüsusən də həftə sonu, bayram günlərində qiymətlər nisbətən yuxarı olur. Həftə içi, iş günlərində qiymətlər daha ucuzdur və daha güzəştli təkliflər əldə etmək olur. Yeni illə bağlı bəzi hotellərimiz təklif paketləri ilə çıxış edirlər. Qeyri-iş günlərində güzəşt əldə etmək mümkün olur".
C.Aşurov bildirir ki, istirahətin keyfiyyətinə görə qiymətlər artıb-azalır:
"Ümumiyyətlə, hotellər tələb və təklifə görə qiyməti elə tənzimləyirlər ki, boş olan günləri də kompensasiya edə bilsinlər. İnsanları narahat edən faktor qiymətlərin bahalığı və keyfiyyətin uyğunluğu ilə bərabər, seçimlərin nisbətən az olmasıdır. İnsanlar xizək sürmək, 5 ulduz standartlarına uyğun yerə getmək istəyirlərsə, bunun üçün onlar qış turizm mərkəzlərinə üz tuta bilərlər. Amma qış mövsümündə təbiətdə dincəlmək, qar görmək, daha sadə şəkildə istirahət etmək istəyirlərsə, alternativ yerlər tapa bilərlər. Dağda xizəklə sürüşmək və ya kanatdan istifadə əlavə xidmət olaraq hesablandığı üçün qiymətlər heç də ucuz olmur. Seçimlər beşulduzlu standartda daha yüksək kateqoriyalı təkliflərdir deyə, qiymətlər yüksəkdir".
C.Aşurovun sözlərinə görə, indi xaricdə istirahət etmək nisbətən daha baha başa gəlir:
"Əlavə xərclər yaranır deyə, daxili turistlərin də bir hissəsi xaricdə yox, məhz ölkə daxilində istirahət etməyi üstün tuturlar. Ona görə də, daxili bazarda müəyyən aktivliyin müşahidə olunacağı gözlənilir".
C.Aşurov deyir ki, xaricdə qiymətlərin baha olmasının bir sıra səbəbləri var:
"Təyyarə biletlərinin, PCR analizlərinin qiymətləri heç də ucuz deyil. Eyni zamanda, turizm destinasiyalarında hotellərin qiymətlərini sıxlıq olmaması üçün qaldırıblar. Bütün bunları nəzərə alsaq, görərik ki, xaricə getmək baha başa gəlir. O cümlədən, bəzi ölkələrə, xüsusən Avropaya gedən vətəndaşlar üçün müəyyən məhdudiyyətlər var. Bəzi ölkələr hava sərhədlərini hələ də bağlı saxlayır. Bu kimi məhdudiyyətlər insanların harada istirahət etmək qərarlarına da təsir edir". /oxu.az

Turizm     Baxılıb: 764   Tarix: 04 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir. Novruz bayramının gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır . Rusiyanın "İrAero" aviaşirkəti Ufadan Bakıya birbaşa müntəzəm uçuşlar həyata keçirəcək. Bu barədə şirkətdən xəbər verilib. Bildirilib ki, Başqırdıstanı

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir. Aviaşirkət Novruz çərşənbələrində

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib. xəbər verir ki, uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günlər

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq. "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin nəzdində fəaliyyət göstərən Milli Aviasiya Akademiyası (MAA) Türkiyəni

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır. "İnquşetiya hökuməti Bakıya qatarların hərəkətini təmin etmək üçün ötən əsrin 90-cı illərindən boş qalan dəmiryol relslərini təmizləyir"


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xeberler valyuta son xeberler bugun 2026 canli axsam.az xeberler