"Yeni sərhəd yaratmağa ehtiyac yoxdur" – Mirzoyan
"Ermənistan Azərbaycanın əvvəlcədən razılaşdırılmış prinsiplər əsasında danışıqlara qayıtmasını gözləyir".
KONKRET.az Publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının növbəti iclası çərçivəsində Aİ diplomatik xidmətinin rəhbəri Jozef Borrell ilə birgə brifinqdə deyib.
Mirzoyan Ermənistanın 2022-ci ilin oktyabrında Praqada və 2023-cü ilin payızında Qranadada dördtərəfli bəyanatlarını, həmçinin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Ermənistan və Azərbaycan liderləri ilə 2023-cü ilin may və iyul aylarında keçirilmiş üçtərəfli görüşlərdən sonra elan etdiyi qərarları yerinə yetirməyə hazır olduğunu təsdiqləyib.
O xatırladıb ki, erməni tərəfi əmindir ki, iki ölkə arasında sərhədin müəyyən edilməsi üçün əsas Sovet İttifaqının səlahiyyətli idarələrinin son xəritələri olmalıdır.
"Heç bir yeni sərhəd yaratmağa ehtiyac yoxdur: sadəcə olaraq göstərilən sərhədlər təkrarlanmalıdır", – Mirzoyan əlavə edib.
Turlar.az [newsid: 0-123300]

Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi