Yeni təxribat planı - Fransa Qarabağa humanitar yük göndərir - TIR-lar Laçın istiqamətində hərəkət edəcək

Yeni təxribat planı - Fransa Qarabağa humanitar yük göndərir - TIR-lar Laçın istiqamətində hərəkət edəcəkFransa Ermənistana daha bir neçə yük maşını ilə humanitar yardım göndərəcək. Həmin yükləri gətirən avtomobillər də əvvəlki qaydada Laçın sərhəd-buraxılış məntəqəsindəki TIR-ların yanında gözləmə mövqeyi tutacaqlar.
KONKRET.az xəbər verir ki, Fransanın müxtəlif şəhərlərindən göndərilən "humanitar yüklər" avqustun 30-da Qarabağa yola salınacaq. Deməli, Azərbaycanla razılaşdırılmadan ərazimizə yük karvanı göndərən Ermənistanın arxasında Fransa dayanıb və düşmən ölkəni də "humanitar fəlakət" şousuna cəlb edən onlardır.
Əslində Fransa bir aydan artıq müddətdə sərhəddə gözləyən 23 TIR-a daha bir neçə yük maşını əlavə etməklə regionda sabitliyi pozmaqla məşğuldur.
Bunu KONKRET.az-a açıqlamasında politoloq İlyas Hüseynov dedi:
Yeni təxribat planı - Fransa Qarabağa humanitar yük göndərir - TIR-lar Laçın istiqamətində hərəkət edəcək"Ermənistanın arxasında duran Fransanın BMT TŞ-də siyasi hücumları bir nəticə verməyincə digər təxribatlara əl atır. Artıq Fransanın müxtəlif bölgələrindən Qarabağ iqdisadi rayonunda olan ermənilərə humanitar yüklərin göndərilməsi ilə bağlı da qərar qəbul olunub. Bu, həm də onu göstərir ki, hazırkı durumda sülhə qarşı mövqe nümayiş etdirir. Rəsmi Parisin əsas məqsədi Azərbaycana qarşı kampaniya aparmaq, Azərbaycana qarşı hansısa qətnamələrin çıxarılmasına nail olmaqdır.
Danışıqlar prosesinə də, siyasi gündəliyə də Fransanın yanaşması ziddir. Fransanın Cənubi Qafqazda sülhə mane olması açıq-aşkar görünür. Məhz separatizmin dəstəklənməsi, Ermənistana siyasi dəstəyin, eləcə də hərbi dəstəyin göstərilməsi niyyəti ifadə olunur. Bütün bunlar, əbəttə ki, Fransanı regiondan təcrid edən amillərdir. Fransa heç bir vəchlə siyasi danışıqlarda iştirak edə bilməz. Eyni zamanda təəssüf doğuran məqamlar ondan ibarətdir ki, Fransa Kanada, Belçika, Niderland və Lüksemburq kimi ölkələri də ətrafına toplayaraq Qarabağ məsələsini beynəlxalq siyasi gündəliyə daşıyır və oradakı ermənipərəst mövqeyi inkişaf etdirir. Bu da qəbuledilməzdir və onu deməyə əsas verir ki, TIR şousunun arxasında da Fransa dayanıb".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 29 avqust 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma


azerbaycan xeberleri son xeberler yeni xeberler zelzele cəbhədən görüntüleri oxu.az xeberler sonxeberler