Yevlax səmalarında güclü partlayış - SƏBƏB bilindi / RƏSMİ
Ötən gecə Yevlax səmasında güclü partlayış olub.
KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə bu barədə çoxsaylı məlumat yayılıb. İstifadəçilər partlayışdan sonra Yevlax rayonunun böyük bir qismində elektrik enerjisi verilişinin dayandırıldığını, rayonun qaranlığa qərq olduğunu yazıblar. Bundan əlavə, bəzi istifadəçilər isə Yevlaxa raket atıldığı, Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin onu səmada vurduğunu iddia ediblər.
Səhər saatlarında verilən məlumatdan aydın olub ki, partlayış gecə saatlarında elektrik enerjisi naqillərini ildırım vurması nəticəsində baş verib.
Bununla bağlı yayılan rəsmi məlumata əsasən gecə saat 03:55 radələrində güclü ildırım çaxması nəticəsində Yevlaxı elektrik enerjisi ilə təmin edən naqillərə və elektrik avadanlıqlarına ciddi ziyan dəyib.
Rayon Fövqəladə Hallar Komissiyasının nəzarəti altında "Yevlax Elektrik Şəbəkə"-nin əməkdaşları tərəfindən elektrik enerjisinin verilməsinin qısa müddətdə bərpa edilməsi üçün işlər davam etdirilir(APA).
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi