Yevlaxda ağır qəza, 6 nəfər xəsarət aldı - YENİLƏNİB
Mingəçevir-Bəhrəmtəpə yolunda 2 minik avtomobilinin toqquşması nəticəsində dünyasını dəyişənin şəxsiyyəti məlum olub.
KONKRET.az xəbər verir ki, "VAZ-2107" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində Yevlax rayon Qaramanlı kənd sakini, 2002-ci il təvəllüdlü Talıbov Seymur Samir oğlu ölüb.
Qəza zamanı daha 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
13:10
Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumatına görə, hadisə rayonun Hürüuşağı kəndi yaxınlığından keçən magistral yolda baş verib.
Belə ki, ərazidə hərəkətdə olan 90-ES-662 dövlət qeydiyyatı nömrə nişanlı "VAZ-2107" markalı avtomobil əks istiqamətdən gələn 77-XL-145 dövlət qeydiyyatı nişanlı "HYUNDAİ" markalı avtomobillə toqquşub.
"VAZ-2107" markalı avtomobilin sürücüsü, 2002 ci il rəvəllüdlü Qaramanlı kənd sakini Talıbov Seymur Samir oğlu hadisə yerində dünyasını dəyişib. Digər sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölən şəxsin hərbçi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov,
KONKRET.az

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu