Yevlaxda ağır yol qəzası - 1 ölü, 2 yaralı
Yevlax-Xaldan yolunun Qaraoğlan kəndi ərazisindən keçən hissəsində 2 minik avtomobilinin toqquşması zamanı ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.
KONKRET.az–ın bölgə müxbirinin verdiyi məlumata görə, qəza nəticəsində Yevlax rayon sakini, 1963-cü il təvəllüdlü Quliyev Namiq Qabil oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Mingəçevir şəhər sakinləri, 1961-ci il təvəllüdlü Paşayev Gəray Xasay oğlu, 1997-ci il təvəllüdlü Dadaşova Çimnaz Dadaş qızı və Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Vaqifli Fərid Azər oğlu müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətini kafi qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.
10:25
Yevlax rayonunda avtomobillər toqquşub, 1 nəfər ölüb.
Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Yevlax şəhərinin Qaraoğlan kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Reno" və "Chevrolet" markalı 2 minik avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi