Yevlaxda avtomobil kanala düşdü: Bir nəfər öldü - FOTO - YENİLƏNİB-2
Xəbər verdiyimiz kimi, Yuxarı Qarabağ kanalının Yevlax şəhəri, Aran qəsəbəsi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində bir nəfərin batıb.
KONKRET.az xəbər verir ki, 21 yaşlı hərbi qulluqçunun meyiti dalğıclar tərəfindən tapılaraq sahilə çıxarılıb.
Bildirilib ki, Ağstafadan olan hərbi qulluqçu kanala öz maşınını deyil, Yevlaxdan olan hərbçi dostunun maşınını aşırıb.
***
13:15
Yuxarı Qarabağ kanalının Aran qəsəbəsi yaxınlığından keçən hissəsində idarə etdiyi "Mersedes" markalı minik maşınını kanala aşırıb, özü də batdığı ehtimal edilən hərbçinin axtarışları davam edir.
KONKRET.az xəbər verir ki, əraziyə polis əməkdaşları, FHN-in dalğıc-axtarış qrupu və batdığı ehtimal olunan hərbçinin xidmət etdiyi N saylı hərbi hissənin məsul nümayəndələri cəlb olunub.
Batan hərbçinin Ağstafadan olduğu deyilir.
***
12:05
Yevlaxda avtomobil kanala düşüb, bir nəfər batıb.
Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Yevlax şəhəri, Aran qəsəbəsi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Şikayətinizi və şahidi olduğunuz hadisəni çəkib bizə göndərin!

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?