Yığmanın sabiq futbolçusu koronavirusdan öldü
Meksika millisinin sabiq futbolçusu Aaron Padilya vəfat edib.
Publika.az xəbər verir ki, 78 yaşlı keçmiş hücumçu koronavirus səbəbindən dünyasını dəyişib.
Aaron Padilya Meksika yığmasının heyətində 55 oyun keçirib və 8 qol vurub. O, 1966 və 1970-ci ildə keçirilən dünya çempionatlarında iştirak edib. Sabiq hücumçu Meksikanın "Pumas", "Atlante" və "Verakrus" klublarının da formasını geyinib.