Yohan Valem: "Rəqibin oynadığı sistemlə bacarmadıq"
"Millətlər Liqasında ikinci məğlubiyyətimizi aldıq və bu, hamı üçün yaxşı dərs oldu".
Publika.az xəbər verir ki, bu fikirləri Kipr yığmasının baş məşqçisi Yohan Valem UEFA Millətlər Liqasının II turunda evdə Azərbaycana 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis ilk hissədə pis oynadıqlarını bildirib: "Rəqib təhlükəli hücumlar təşkil edirdi, biz isə qorxurduq. Sonradan vəziyyəti düzəltsək də, artıq gec oldu. Səhvlərimizi düzəltməliyik. Hədəflərimizə çatmaq üçün çalışmağa davam edəcəyik".
Belçikalı baş məşqçi Azərbaycanla matçda bəzi şeylərin yolunda getmədiyini söyləyib: "Rəqiblə eyni səviyyədə deyildik. Onlar meydana daha istəkli çıxmışdılar. Mövqe səhvlərimiz oldu, rəqibin oynadığı sistemlə bacarmadıq. Bu, isə bizə problem yaratdı. Futbolçularım onlardan nə istədiyimi bilməli, özlərinə inanmalıdırlar. Verilən tapşırıqları düzgün yerinə yetirəndə onlardan narazı qala bilmərəm".
Y.Valem fasilədə futbolçularla etdiyi söhbəti də mətbuata açıqlayıb: "Onlara dedim ki, ilk hissəni unudun və ikinci 45 dəqiqəyə köklənin. Komandamızda ciddi dəyişikliklər olub. Bizə vaxt lazımdır. Heç vaxt öz oyunçularımı günahlandırmaram. Oyunumuzu mükəmməlləşdirdikdən sonra axtardığımız lider oyunçular üzə çıxacaqlar. Oktyabrda daha iki oyunumuz var. Gələcək planları müəyyənləşdirib oyunumuzu yaxşılaşdırmağa çalışacağıq".

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır