Yollar yağışlı havaya davamlıdırmı?
Oktyabrın 12-də saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata görə, bəzi regionlarda - Xınalıq, Qrız, Qusar, Şahdağda qar yağıb.
Hava şəraitinin mütəmadi dəyişməsi yollara da təsirsiz ötüşmür. Şübhəsiz ki, yerüstü nəqliyyatda bəzi problemlər yaranır.
Xüsusən də yağışlı havada tıxacların sayı durmadan artır.
Bəs yollar yeni fəsilə hazırdırmı?
azxeber.com-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov yaranan problemi belə izah edib:
"Yağıntılı havalarda sıxlığın yaranması normal haldır. Bu yol infrastrukturu ilə əlaqəli deyil. Çünki hava yağmurlu olanda görüntü də azalır və əlbəttə ki, belə olan halda sürücülər ara məsafəsini daha çox saxlayırlar və sürət həddi azalır. Avtomobil yolları ümumi 4 mövsümə uyğun olaraq hazırlanır. Ona görə də burada, təbii ki, avtomobil yolları qışa da, yaya da, həmçinin digər fəsillərə də dayanıqlıdır".
Mikayıl Mirzəzadə
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"