Yük maşınının törətdiyi qəzada ölənlərin sayı 55-ə yüksəldi
Meksikanın cənubundakı Çyapas ştatında miqrantları daşıyan yük maşınının qəzaya uğraması nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.
Bu barədə regionun qubernatoru Rutilio Eskandon bildirib.
"Dünənki avtomobil qəzasından sonra təəssüf ki, bu gün daha bir nəfər həlak olub, qurbanların ümumi sayı 55-ə çatıb", - deyə o, tviterdə yazıb: "Federal hökumətlə birlikdə xəsarət alanlara və qurbanların yaxınlarına onların tək olmadığına zəmanət veririk. Mən zəruri yardım göstərilməsi barədə tapşırıq verdim, biz səylərimizi əsirgəməyəcəyik. Yol qəzasında 100-dən çox insan xəsarət alıb, onlardan bir neçəsi hələ də xəstəxanalardadır".
Qeyd edək ki, hadisə cümə axşamı baş verib. Mərkəzi Amerikanın bir neçə ölkəsinin yerli sakinlərinin olduğu qoşqulu yük maşını Çiapas ştatının paytaxtı Tustla Qutyerres yaxınlığında istinad divarına çırpılaraq aşıb. Nəqliyyat vasitəsinin sürücüsü hadisə yerindən qaçıb, hüquq-mühafizə orqanları onu axtarır.
Avtomobil qəzasında insanların həlak olması ilə bağlı region prokurorluğu tərəfindən cinayət işi açılıb. /publika.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək