Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
Xəbər verdiyimiz kimi, Prezidentin Sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinə yeni müavinlər təyin olunub.
"Qafqazinfo"nun məlumatına görə, Zaur Mikayılovun birinci müavini təyin edilən Xəyyam Məmmədov əvvəllər bir sıra vəzifələrdə çalışıb.
Belə ki, 1975-ci ildə Moskvada doğulan X.Məmmədov 1997-2019-cu illərdə bir neçə xarici investisiyalı şirkətlərin törəmə müəssisələrində müxtəlif vəzifələrdə, eləcə də Ədliyyə Nazirliyinin Aparatında aparıcı mütəxəssis, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatında şöbə müdiri kimi çalışıb.
2020-ci ildə Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun müavini təyin edilib.
2021-ci ildə Prezidentin Sərəncamına əsasən, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Müşahidə Şurasının üzvü, 2022-ci ildə isə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Müşahidə Şurasının üzvü təyin olunub.
Xəyyam Məmmədovun son iş yeri isə "Azərsığorta" ASC-nin Direktorlar Şurasının üzvü vəzifəsi (16 iyul 2022-ci ildən) olub. / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat