Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri

Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələriAzərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri yalnız iqtisadi-strateji faydaya deyil, həm də ənənəvi tarixi, mədəni köklərə əsaslanır. Ümummilli lider Heydər Əliyev İsraillə siyasi əlaqələrin inkişafına xüsusi diqqət ayırmaqla yanaşı, beynəlxalq yəhudi lobbisi ilə Azərbaycan diasporunun əlaqələrinin möhkəmlənməsinə də böyük önəm verirdi. Buna tarix boyu Azərbaycanda yahudilərə göstərilən xoş münasibət və müasir dövrdə Bakı-Təl-Əviv əlaqələri bariz nümunədir. İkitərəfli əlaqələrin möhkəmlənməsində ən mühüm amillər sırasında qarşılıqlı səfərlərin təşkili dayanır.
Mayın 30-da İsrail Dövlətinin Prezidenti İshaq Hersoq Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İshaq Hersoq ilə təkbətək və geniştərkibli görüşləri olub, iki dövlət arasında bir sıra sənədlər imzalanıb, mərasimin sonunda prezidentlər mətbuata bəyanatla çıxış ediblər. Qeyd edilib ki, İsrail Dövlətinin Prezidenti İshaq Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir.Təbii ki, bütün bu əlaqələrin daha da möhkəmlənməsi istiqamətində əsas addımlardan biri İsraildə Azərbaycan səfirliyinin fəaliyyətə başlaması oldu ki, bununla da ikitərəfli münasibətlərdə yeni mərhələnin başlandığını çox rahatlıqla deyə bilərik.
Bu əməkdaşlıq, qarşılıqlı hörmət hazırda özünü bütün sahələrdə açıq şəkildə büruzə verir. Prezident İlham Əliyevin bu gün İsrailin dövlət başçısı ilə görüşü zamanı bildirdiyi kimi "İsrailin müasir müdafiə sənayesi məhsulları Azərbaycana öz milli maraqlarını və ərazi bütövlüyünü qorumağa yardım edir" və Bakı öz Ordusunu məhz bu xəttlə daha da güclənidrməkdə maraqlıdır.
Prezident İlham Əliyevlə görüşü zamanı "İnanıram ki, səfərim münasibətlərin daha da inkişafı üçün təkan nöqtəsi olacaq", - deyən İsrail dövlət başçısı bu açıqlama ilə Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlı olduqlarını nümayiş etdirdi.
İki ölkənin biznes icmaları və şirkətləri arasında sürətlə inkişaf edən əlaqələri nümayiş etdirən qarşılıqlı iqtisadi fəaliyyətin yüksək göstəriciləri də az əhəmiyyət kəsb etmir. Turizm, enerji, kənd təsərrüfatı, tibb, kibertəhlükəsizlik - iki ölkə arasında əməkdaşlıq sahələrinin siyahısı bununla məhdudlaşmır.
Hər iki dövlət başçısı sayəsində hazırda bütün sahələrdə əlaqələr yüksək səviyyədədir. 44 günlük Vətən mü¬haribəsində İsrail Azərbaycanın ədalətli mövqeyini dəstəklədi, bundan sonrakı mərhələdə - işğaldan azad edilmiş ərazilərin bərpası dövründə də İsrailin dəstəyini, orada bərpa-quruculuq işlərində Azərbaycanın yanında olduğunu sonadək hiss etdirəcəyi bugünkü səfərdən də bəllidir. İsraillə Azərbaycanın münasibətlərinin yüksələn xəttlə inkişafı onu deməyə əsas verir ki, bu münasibətlər həm İsrail, həm Azərbaycan, həm də region ölkələri üçün önəmli və əhəmiyyətlidir. 
Rövşən Rəcəbov
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi / azxeber.com

Siyasi       Tarix: 02 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini


azerbaycan xeberleri son xeberler yeni xeberler xabarlar sonxeber.az bu gune olan xeberler en son xeber