Yumurta bahalaşacaq? - AÇIQLAMA
Son vaxtlar ölkəmizdən xaricə, xüsusilə də Rusiyaya yumurta ixracı xeyli artıb. Bu vəziyyət daxili bazarda yumurta qiymətlərinin artacağı ilə bağlı söz-söhbətlərin artmasına səbəb olub.
Bəs, yumurta bahalaşa bilərmi?
azxeber.com xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, hazırda narahatlığa heç bir əsas yoxdur:
"Doğrudan da son vaxtlar yumurta ixracında artım müşahidə olunur. Yanvar ayının geridə qalan dövründə 17 milyon ədəd yumurta ixrac etmişik. Bunun da 10 milyondan artığı Rusiyaya, qalanı isə Yaxın Şərq ölkələrinə - İraqa, Küveytə, Qətərə və BƏƏ-yə göndərilib.
Nəzərə alaq ki, ölkə əhalisinin yumurtaya gündəlik ehtiyacı 3 milyon 600 min ədəddir. Bu ehtiyac da artıqlaması ilə ödənilir. Əvvəllər biz gündə 4,5-5 milyon civarında yumurta istehsal edirdik. Amma bu gün gündəlik yumurta istehsalı 5,5 milyon ədədi keçib.
İstehsal artdığı üçün sahibkarlarımız xarici bazara daha çox yumurta satırlar. İxracdakı artımın tək səbəbi budur.
İxracın artması nə daxili bazarda qıtlığa, nə də qiymət artımına səbəb olmayacaq. Çünki istehsalda problem yox, dinamika var. Hazırda ölkəmizdə fəaliyyət göstərən şirkətlərin 90 faizi öz istehsalını artırıb".

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır