Yunan donanması rus gəmisinə soxuldu - Aralıq dənizində gərginlik artır
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının "İrini" əməliyyatları çərçivəsində "Adler" adlı rus karqo gəmisində axtarış aparılmasına münasibət bildirib.
Publika.az xəbər verir ki, nazirliyin mətbuat katibi Mariya Zaxarova Aralıq dənizində yunan donanması tərəfindən həyata keçirilən axtarışın detalları barədə araşdırmalar aparıldığını bildirib.
Sözçü qeyd edib ki, Aİ-nin "İrini" əməliyyatlarının beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2292 saylı qərarı çərçivəsində aparılmalı olduğu ittifaq səlahiyyətlilərinin nəzərinə çatdırılıb: "Gəmilərdə axtarış aparılmadan əvvəl bayraq dövlətinin icazəsi alınmalıdır. Hərəkat mərkəzi axtarışların nəticələri ilə bağlı BMT-yə hesabat verməlidir. Əks təqdirdə, hərəkatın şəffaflığına xələl gələcək".
Qeyd edək ki, daha əvvəl "İrini" əməliyyatları çərçivəsində Türkiyəyə məxsus gəmidə icazəsiz axtarış həyata keçirilmiş və bu, tərəflər arasında diplomatik gərginliyə səbəb olmuşdu.
Zümrüd
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı