Yunanıstandan Azərbaycana ət idxalı dayandırıldı – Bahalaşma olacaq?
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatına əsasən, Yunanıstanın Makedoniya və Frakiyada əyalətlərində xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyi qeydə alınıb. Bu səbəbdən də adıçəkilən ölkədən Azərbaycana ət idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumata görə, eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Maraqlıdır, müvəqqəti tətbiq olunan bu məhdudiyyət Azərbaycan bazarında ətin bahalaşmasına səbəb olacaqmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, tətbiq olunan məhdudiyyətin Azərbaycan bazarına təsiri olmayacaq:
"Tətbiq olunan məhdudiyyətin Azərbaycan bazarına heç bir təsiri olmayacaq, qiymət artımı müşahidə edilməyəcək. Çünki Azərbaycanda idxal olunan xırdabuynuzlu heyvanlar əsasən Gürcüstan, Rusiya, Dağıstan, bir qismi isə İrandan gətirilir. AQTA sadəcə hər ehtimalı nəzərə alaraq tədbir görür".
Aygün Mirakif,
KONKRET.az

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat