Yunanlar türklərə qarşı böyük əməliyyat başladıb
Cənubi Kipr rəhbərliyi (yunan administrasiyası – red.) Şimali Kipr Türk Cümhuriyyəti, Kipr türk xalqı və şəxsimə qarşı böyük əməliyyat başladıb.
Publika.az Axar.az xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar deyib.
O bildirib ki, Kiprdə bərabərsəviyyəli hüquqlarla bağlı Türkiyənin Cenevrə konfransında irəli sürdüyü təkliflər böyük əks-səda yaradıb:
"Cənubi Kipr Prezidenti Nikos Anastasiadisin "kiprli türklər bizim vətəndaşımızdır" açıqlamasının heç bir dəyəri yoxdur. Bu sözlər sadəcə siyasi məqsədlərə xidmət edir. Bundan əlavə, bəzi media orqanları mənim Kipr Cümhuriyyətinin pasportuna sahib olduğumu iddia ediblər. Bu iddiaların mənbəyini araşdırmışıq. Belə məlumatlar ilk dəfə 2010-cu ildə, namizədliyimin qarşısını almaq üçün səsləndirilmişdi. İndi isə yunan jurnalistlər tərəfindən Kiprlə bağlı həlledici mərhələdə yenidən bu iddiaların səsləndirilməsi düşündürücüdür".
Tatar əlavə edib ki, 1960-cı il doğulan biri kimi Kipr Cümhuriyyətinin pasportunu daşıması təbii haldır.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək