Yuşşenko: "Bakı siyasi Davosa çevrilib
"Bakı ən aktual qlobal problemlərin müzakirə olunduğu siyasi Davosa çevrilib".
azxeber.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko deyib.
O qeyd edib ki, "şərlə mübarizə" üsullarının müzakirəsinin intensivləşdirilməsi çox vacibdir.
Sabiq prezidentin sözlərinə görə, hazırda Avropa ölkələrində bir neçə münaqişə ocağı qalmaqdadır.
"Biz Avropanın elə bir bölgəsində yaşayırıq ki, burada Gürcüstanda, Qarabağda, Dnestryanı bölgədə, Ukraynada münaqişələr var, ancaq bu münaqişələrin hər birində təcavüzkar eynidir", - Yuşşenko bildirib.
"Bu gün elə bir dövlət yoxdur ki, onun üçün təhlükəsizlik məsələsi vacib olmasın", - o deyib.
Xatırladaq ki, bu gün Azərbaycanın paytaxtında 10-cu Qlobal Bakı Forumu işə başlayır. Forumun builki mövzusu "Dünya bu gün: çağırışlar və ümidlər" olacaq.
Qlobal Bakı Forumu Azərbaycan Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən etibarən keçirilir.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir