Yuyucu vasitə qablarında narkotik keçirmək istədilər
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan Respublikasının vətəndaşları Bağırov Nicad Məzaim oğlu və Paşayev Elnur Murad oğlu gömrük nəzarətindən keçən zaman saxlanılıb və onların əl yükləri əsaslı şəkildə yoxlanılıb.
Dövlət Gömrük Komitəsindən Open.az-a verilən məlumata görə, ilk öncə Bağırov Nicad Məzaim oğlunun əl yükləri rentgen qurğusunda yoxlanılarkən ona məxsus boz rəngli yük çantasının içərisində şübhəli predmetlər müşahidə edilib. Sonra hal şahidlərinin iştirakı ilə onun təqdim etdiyi boz rəngli yük çantasındakı 3 ədəd plastik materialdan olan yuyucu vasitə qablarının içərisindən gömrük nəzarətindən gizlədilmiş, ümumi çəkisi 1137 qram narkotik vasitə-heroin aşkar edilib.
Daha sonra Paşayev Elnur Murad oğlunun əl yükləri rentgen qurğusunda yoxlanılıb. Onun da yük çantasının içərisində şübhəli predmetlər qurğunun müşahidə monitorunda əks olunub. Vətəndaşa məxsus orta həcmli yük çantasının içərisində də 2 ədəd plastik materialdan olan yuyucu vasitə qablarının olduğu müəyyən edilib. Baxış zamanı birinci qabdan, ümumi çəkisi 129 qram narkotik vasitə-heroin, 98 qram psixotrop maddə- metamfetamin, ikinci qabdan isə 378 qram narkotik vasitə-heroin aşkar edilib.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır. /open.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama
AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Ceyhun Bayramov Hakan Fidanla görüşdü
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?