Zabuxdan çıxanda 10 yaşım vardı, indi oğlumun 10 yaşı var
"30 il gözlədik. Nəhayət, arzumuz çin oldu. Bu günə şükür".
Bunu "Report" açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini, zabuxlu Gündüz İsmayılov deyib.
"Doğrudur, ötən 30 il ərzində itirdiklərimiz oldu. Amma, şükür ki, Laçına qayıdacaq insanlarımız kifayət qədərdir. Tezliklə Laçına, Zabuğa qayıtmağı gözləyirik. Dövlətimiz, ordumuz sağ olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Biz qələbələrimizə onların, uğurlu diplomatiyamızın sayəsində sevinirik".
G.İsmayılov, həmçinin nəsillərarası təsadüfə diqqət çəkdi:
"Mən Laçından - doğma kəndimdən çıxanda 10 yaşım var idi. Üzərindən 30 il keçdi. İndi mənim 40, oğlumun 10 yaşı var. Çox maraqlıdır. Oğlum 10 yaşında mənimlə birlikdə Laçına qayıdacaq. Deməli, nəsillər davam edir. Həqiqətən çox xoş, unudulmaz gündür".
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan avqustun 26-da azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.

"Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi və GROTTO Resort Azərbaycanda unikal əməkdaşlığa başlayır
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
"Bitcoin"in qiyməti 60 min dollardan aşağı düşüb
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
"Araz-Naxçıvan"ın yeni prezidenti o seçildi
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Son dəqiqə qərarı: Bu ölkədə prezident postu ilə vidalaşır
Xameneinin müşaviri sərt danışdı: "Cavab veriləcək!"
"Neftçi" Yuri Vernidubla bağlı qərar verdi
Paşinyan Ukraynanın bərpasına... "Kiyev" körpüsündən başladı - FOTOLAR
DÇ-2026: Fransa və Seneqaldan darmadağın
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var
Tanınmış alpinist infarkt keçirdi
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
UFC: Nazim Sadıxov nakautla məğlub olub