Zakir Həsənov "Qaraheybət"də: Tapşırıqlar verdi - VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti "Qaraheybət" Təlim Mərkəzində yeni istifadəyə verilən hərbi infrastruktura baxış keçirib.
Müdafiə nazirinə məruzə olunub ki, burada müasir döyüş üsullarının praktiki tətbiq edilməsi üçün real şəraitə uyğunlaşdırılmış təlim sahələri inşa olunub.
Bundan başqa müxtəlif növ döyüş texnikasının mürəkkəb relyef və çətin hava şəraitində idarə olunması, eləcə də onlardan atəş açılması üzrə hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün məşğələlər keçirilir.
Müdafiə naziri "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun kursantlarının təlim sahələrində nümunəvi çıxışlarını izləyib.
Əvvəlcə atış şəhərciklərində atəş hazırlığı üzrə normativlərin və təlim atış çalışmalarının praktiki icrası nümayiş etdirilib.
Sonra müdafiə naziri tank atış şəhərciyində olub. Məruzə olunub ki, burada Vətən müharibəsində, eləcə də son dövrlərdə aparılan döyüş əməliyyatlarında öyrənilən təcrübələrə əsaslanaraq tankların yaşayış məntəqələrində effektiv tətbiqi üsulları məşq etdirilir.
Daha sonra mühəndis şəhərciyinə baxış keçirilib. Qeyd olunub ki, şəhərcikdə hərbi qulluqçulara müxtəlif tipli mina və döyüş sursatları ilə bağlı ətraflı məlumat verilir. Bundan başqa, mühəndis vasitələri ilə mina və partlamamış döyüş sursatlarının aşkar edilməsi, eləcə də onların təhlükəsizlik qaydalarına əməl olunmaqla zərərsizləşdirilməsi üzrə tapşırıqlar icra olunur.
Müdafiə naziri fiziki hazırlıq şəhərciyinin maneələr zolağı (pentatlon) və kəşfiyyat cığırında kursantların məşq prosesini izlədikdən sonra artilleriya batareyasının komanda müşahidə məntəqəsində olub. Burada kursantlar artilleriya simulyatorlarından atış tapşırıqlarını müvəffəqiyətlə yerinə yetiriblər.
Sonda müdafiə naziri mərkəzin ərazisində tikintisi davam edən hərbi obyektlərdə aparılan inşaat işlərinin gedişatını yoxlayıb.
General-polkovnik Z.Həsənov hərbi qulluqçuların döyüş hazırlığının və peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, müasir təlim-məşq üsullarının öyrənilməsi və tətbiqi, həmçinin tikinti işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.
Turlar.az [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun