Zakir Həsənov Yaşar Güleri təbrik etdi

Zakir Həsənov Yaşar Güleri təbrik etdiAzərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının yeni müdafiə naziri ordu generalı Yaşar Gülərə təbrik məktubu göndərib.
Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, məktubda deyilir:
"Cənab Yaşar Gülər, Sizi qardaş Türkiyə Respublikasının milli müdafiə naziri təyin edilməyiniz münasibəti ilə öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından səmimi qəlbdən təbrik edirəm.
Siz Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olarkən də Azərbaycan Ordusunun təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsinə dəstəyinizi əsirgəməmisiniz.
Əminəm ki, Türkiyə Respublikasının milli müdafiə naziri olduğunuz müddətdə də birgə fəaliyyətimiz yüksək səviyyədə davam edəcək.
Azərbaycan və Türkiyə orduları arasında əməkdaşlığın daha da inkişafına və güclənməsi istiqamətində atılan addımlara böyük töhfələr verəcəksiniz.
Sizi bir daha öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayıram". / azxeber.com

Siyasi     Baxılıb: 199   Tarix: 04 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Yevlaxa səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Ümummilli Lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında iştirakı çərçivəsində Banqladeşin Xarici Əlaqələr üzrə müşaviri Md Touhid Hossain ilə görüşüb

"Bu işlər Azərbaycanın doğru yolda olduğunu göstərir" - İlham Əliyev

Bu stansiya ("8 Noyabr" elektrik stansiyası – red.) bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükd

Tehran Hörmüz boğazını bağlamağa hazırlaşır – ABŞ-dan sərt xəbərdarlıq, neft qiymətləri uçuruma gedir

İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qanun layihəsini səs çoxluğu ilə qəbul edib. Bu addım regionda gərginliyi daha da artırıb. xəbər verir ki, Qanunun qüvvəyə minməsi üçün son qərarı İranın Milli Təhlükəsizli

Azərbaycan Suriyaya başsağlığı verib

Azərbaycan Dəməşqdə kilsədə baş verən terror hücumuna görə Suriyaya başsağlığı verib. Bu barədə Azərbaycan XİN X hesabında paylaşım edib. "Suriyanın paytaxtı Dəməşqdə Mar St. Elias kilsəsinə edilən dəhşətli terror aktın

İlham Əliyevin müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 2025-ci ilin 26-27 may tarixlərində Bakı şəhərində keçirilən "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" mövzusunda beynəlxalq elm

Bu tarixdən Çinə vizasız gedəcəyik

Bu ilin 23 aprelində Pekində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"i

Azərbaycan və Pakistan XİN başçıları görüşüblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistan xarici işlər naziri İshaq Dar ilə görüşüb. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında paylaşım edib. Görüş İslam Əməkdaşlı

Nazirdən İrana xəbərdarlıq kimi XATIRLATMA: "Atəşkəs rejimi..."

İsrailin müdafiə naziri İsrael Katz ABŞ müdafiə naziri Pit Heqsetlə telefon danışığı aparıb. xəbər verir ki, görüş zamanı Katz ABŞ tərəfini əmin edib ki, İsrail mövcud atəşkəs rejiminə sadiqdir və bu rejim yalnız İran tərəfində


yeni xeberler son xeberler azerbaycan xeberleri son xabarlar azerbaycanda son xeberler cəbhədən yeni xəbərlər son xəbərlər bugün 2025